LEYLA Mahmudova “Bandotdel”ə "naz" edir... -Sabiq nazir gəlini həbs oluna bilər

eldar-cah

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Beynəlxalq Bankın sabiq prezidenti Cahagnir Hacıyev bir sıra sensasiya doğuracaq bəyanatlar səsləndirməkdədir.

Cahangir Hacıyev sonuncu prosesdə sabiq MTN rəhbəri Eldar Mahmudovun gəlini olan qızı Leyla Mahmudovanın adına külli miqdarda kredit borcu yazılması barədə danışıb.

Gununsesi.info-nun araşdırması zamanı  isə bəlli olub ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Beynəlxalq Bank işi” ilə bağlı araşdırmalar başlayanda Eldar Mahmudovun oğlu Anar Mahmudovun həyat yoldaşı Leyla Mahmudova da “Bandotdel” çağrılıb. Ancaq Böyük Britaniyada olan Leyla Mahmudova bu dəvəti qəbul etməyib və bir daha Azərbaycana gəlməkdən imtina edib.

Araşdırmamız zamanı onu da öyrəndik ki, Leyla Mahmudova barəsində Dövlət Sərhəd Xidmətinə ölkəyə gələcəyi təqdirdə “Dayandırılsın” əmri verilib.






Fikirlər