Amerikadan daha bir XAİN ADDIM: TÜRKİYƏ ABŞ-la dəhşətli SAVAŞIN BİR ADDIMLIĞINDA
Türkiyənin Münbiçdə YPG terror təşkilatına qarşı həyata keçirməyi planlaşdırdığı əməliyyata mane olmaq istəyən ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) mahala yeni hərbi qüvvə göndərib. ABŞ-ın "Assoşieyted Press" agentliyi Münbiçə göndərilən yeni Amerika əsgərlərinin fotolarını paylaşıb. ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra YPG üçün nəzərdə tutulan 200 milyon dolların ayrılması prosesini dondursa da, digər tərəfdən Münbiçdəki xüsusi əməliyyatlar birliyini bu həftə genişləndirib. ABŞ ordusunun sözçüsü və koalisiyanın ictimaiyyətlə əlaqələr üzrə komissarı, polkovnik Tomas Veal bölgəyə göndərilən yeni əsgərlərinin sayını açıqlamadan imtina edib. Onun sözlərinə görə, yeni əsgərlər regiondakı koalisiya güclərinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. "Amerikanın Səsi" radiosunun Suriyanın şimalındakı müxbiri isə bildirib ki, ABŞ qüvvələri Münbiçin şimalındakı Sayur çayı vadisi boyunca yerləşdirilib. Ankara YPG terroristlərinin Münbiçdən çıxarılmasını ABŞ-dan israrla tələb edir. Türkiyə ən yüksək rəhbərlik səviyyəsində bir neçə dəfə Münbiçdə əməliyyatın keçiriləcəyi barədə siqnalı verilib. Münbiç əməliyyatı barədə qətiyyət son olaraq Türkiyənin Milli Təhlükəsizlik Şurasının bəyanatında da ifadə olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın Münbiç şəhərinə bir gecə qəfildən girə biləcəyini bəyan edib. "Əməliyyatın təqvimi və marşrutunu verməklə düşməni oyandırmaq doğru olmazdı. Bu cür planları hərbi rəhbərlik səviyyəsində aramızda müzakirə edirik", - prezident əməliyyatın qaçılmaz olduğu mesajı verib. Məlumata görə, martın 30-da Vaşinqtona səfər edən Türkiyənin Xarici İşlər Nazirliyi müşaviri Ümid Yalçının gündəmində olan əsas mövzu da məhz YPG-nin Münbiçdən çıxarılması olub. Daha əvvəl isə xarici işlər naziri Mövlud Çavuşoğlu YPG terrorçularının bölgədən çıxarılması ilə bağlı Ankara və Vaşinqtonun "anlayış" içində olduğunu söyləyib. Lakin "Assoşieyted Press" agentliyinin Münbiçdən çəkərək paylaşdığı fotolar ABŞ YPG terrorçularını dəstəkləməkdə israrlı olduğunu göstərir. Fotolarda üzərində ABŞ-ın bayrağı olan zirehli avtomobillərdə də görünür. Qeyd edək ki, daha əvvəl ABŞ-ın "Finansial Tayms" nəşri ABŞ-ın Suriyada sərgilədiyi mövqeyin artıq davam etdirilə bilməyəcəyi barədə xəbərdarlıq edib. Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD/YPG terror təşkilatına verdiyi dəstək NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər. "ABŞ-ın bu addımı Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılanır. Ən kiçik bir səhv NATO üzvləri arasında birbaşa döyüşə səbəb ola bilər", - "Financial Times" mümkün müharibəni proqnozlaşdırıb.