YENİ BAŞ NAZİRDƏN İLK AÇIQLAMA

Yeni baş nazirdən ilk açıqlama

Azərbaycanın yeni Baş naziri Novruz Məmmədovnamizədliyinin müzakirə olunduğu Milli Məclisin keçirilən plenar iclasında çıxış edib. 

AzerTaym.az xəbər verir ki, indiyədək Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri vəzifəsini tutan yeni Baş nazir prezidentə təşəkkür edib:
"Prezidentin bu etimadı böyük məsuliyyət yaradır. Mənə etimad göstərdiyinə görə İlham Əliyevə təşəkkür edirəm. Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlı olaraq bu yolu davam etdirəcəyik.
Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq lazımdır, inkişafı daha sürətləndirmək lazımdır. Bundan sonra çalışacağam ki, ölkənin inkişafı üçün əlimdən gələni edim.
Bu günə qədər ancaq çox danışırdımsa, yeni işimlə əlaqədar bundan sonra daha çox başqa formada işləməyə başlayacam. Yəni, daha çox işləmək lazım olacaq".






Fikirlər