BU GECƏ İlk QƏDR GECƏSİDİR...
Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (Əhya) qeyd olunacaq.
Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni iyunun 3-dən 4-nə keçən gecəyə təsadüf edir.
Ramazan ayının ikinci Qədr gecəsi iyunun 5-dən 6-na, üçüncüsü 7-dən 8-nə keçən gecən qeyd olunacaq.
Ramazan ayının sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 11-dən 12-nə keçən gecəyə təsadüf edəcək. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran”ın nazil olduğu gecədir.
"Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.