Trampdan Klintonla bağlı ÇAĞIRIŞ: “Çirkin...”

Trampdan Klintonla bağlı ÇAĞIRIŞ: “Çirkin...”

Amerika prezidenti Donald Tramp senatorları yenidən keçmiş dövlət katibi Hillari Klintonun yazışmalar zamanı şəxsi poçtundan istifadəni araşdırmağa çağırıb.

Publika.az xəbər verir ki, Ağ Evin lideri bu haqda Tvitter səhifəsində yazıb.

Tramp 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə Rusiyanın müdaxiləsi üzrə araşdırmanı “çirkin cadugər ovu” adlandırıb və Hillari Klintonun itmiş poçt serveri haqqında araşdırmaya diqqəti yönəltməyə çağırıb.

Demokratlar Partiyasının mövqeyinə görə, seçkiqabağı kampaniya zamanı Hillari Klintonun şəxsi poçtu ətrafında yaranan qalmaqal Trampın keçmiş dövlət katibinə qalib gəlməsinin əsas səbəblərdən biri olub. Klinton 2009-2013-cü illərdə dövlət katibi olarkən şəxsi poçt serverindən dövlət yazışmaları üçün istifadə etməsi sərt tənqidlərə səbəb olmuşdu.






Fikirlər