TRAMP İran prezidentini HƏDƏLƏDİ: “Misli görünməmiş ƏZAB ÇƏKƏCƏKSİNİZ!”
ABŞ prezidenti Donald Tramp İranın ünvanına hədə ünvanlayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda Twitter-də yazıb. “Prezident Həsən Ruhaniyə: Daha heç vaxt ABŞ-ı hədələməyin. Əks halda tarixinizdə misli görünməmiş əzab çəkəcəksiniz. Daha sizin ölüm və amansızlıq haqda sözlərinə dözən ölkə deyilik. Ehtiyatlı olun!”. Bundan əvvəl, Həsən Ruhani ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, bunun “bütün müharibələrin anası” olacağını demişdi.