NEFTİN qiymətinin aşağı salınması ABŞ üçün niyə əhəmiyyətlidir?
Enerji məsələləri üzrə eskpert: “Donald Trampın belə bir çağırışını başa düşmək olar” “Bütün dünya ölkələrinin inkişafının təmin edəcək yaxşı bir alət olaraq neftin qiymətlərinin qızıl orta kimi nə çox baha, nə də çox aşağı olmasıdır”. Bu sözləri enerji məsələləri üzrə eskpert İlham Şaban Donald Trampın neft hasilatını artırmaq məqsəsi ilə OPEK-ə müraciət etməsini və onun nəticəsini PİA.az-a şərh edərkən qeyd edib. Xatırladaq ki, bu ay brent neftin bir barel üçün qiymətinin 80 dollara çatması prezident Trampı Neft İxrac edən Ölkələrin OPEC təşkilatına qiymətləri salmaq haqda tələblə çıxış etməyə vadar edib. Qiymət artımının səbəbi OPEC üzvü olan isə İrandan ABŞ-ın yeni sanksiyalarına görə neft ixracatının azalması ilə bağlıdır.