Meliorasiya və su təsərrüafatının müasir tarixi ƏHMƏD ƏHMƏDZADƏNİN ADI ilə BAĞLIDIR...

Похожее изображение

Çətin, ağır günlər arxada qaldıqdan sonra "təftişçilərin" meydana çıxması qoca tarix üçün yeni bir şey deyil. Buna görə də, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri ƏHMƏD ƏHMƏDZADƏNİN fəaliyyətini "təftiş edənləri" anlamaq olur.

Tarixdəki yüzlərlə nümunə göstərir ki, "təftişçilər" heç zaman çətin, ağır günlərdə baş verənləri qeyd etmir, hər şeyə yaşadıqları günün şəraitindən baxırlar. Halbuki, bu yanaşma qüsurlu və yarımçıqdır.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin fəaliyyətini "təftiş etməyə cəhd edənlər"i bu mənada haqlı olaraq qınamaqla birgə, ölkənin 25 il əvvəl hansı vəziyyətdə olduğunu, meliorasiya və su təsəürrfatı ətrafında "hansı oyunların aparılmaısna" nəzər salmaq lazımdır.

ƏHMƏD ƏHMƏDZADƏ 1993-cü ildə Meliorasiya və Su Təsərrüaftı Komitəsinin sədri təyin edilməsi ərəfəsində müstəqilliyin ilk illərindən başlayan sosialist mülküyətindən imtina adı altında yaşanan çılğınlıq ölkənin meliorasiya və su təsərrüaftının başı üzərində qara bir kabusa çevrilmişdi. Ayrı-ayrı şəxslər su mənbələrini və su kanallarını özününküləşdirməyə çalışırdı. 90-cı ilin əvvələrinin mətbuatına nəzər salınsa, bunu aydın görmək olar. Bəzi hiyləgər adamlar özəlləşdirmə adı altında suvarma, su mənbələrini və kanallarını ələ keçirməyə çalışırdı. O zaman hakimiyyətdə olan qüvvənin də bütün bu məsələlərlə bağlı aydın proqramı olmadığı üçün bu sahənin taleyi demək olar ki, havadan asılı qalmışdı. Yalnız belə bir zamanda Əhməd Əhmədzadənin Melioarasiya və Su Təsərrüfatı Komitəsinin rəhbərliyinə gətirilməsi meliorasiya və su təsərrüaftını dağılmaq təhlükəsindən, ayrı-ayrı şəxslərin əlinə keçmək  və bu sahədə baş verə biləcək digər nəhəng dağıntların qarşısını aldı. Özünün şəxsi nsfuzu və melioratorlar arasındakı  səmimi münasibətindən istifadə edən Əhməd Əhmədzadə suvarma, su mənbələrinin və kanallarının ayrı-ayrı adamların əlinə keçməsinin qarşısını aldı. Bu çox ağır proses idi. İndi əlbətdə həmin hadisələri bir cümlə ilə də qeyd edə bilərsiniz, bununla bağlı cild-cild kitablar da yaza bilərsiniz. Ancaq həmin dövrdə hər bir suvarma su mənbəyinin,su kanalının taleyi ayrı-ayrı şəraitlərdə həll olunub. Bütün bunlara görə "təftişçilər" bir qədər diqqətli olmalı, tənqid edərkən də yalnız bu günün şərtlərindən çıxış etməli deyillər.

Eləcə də çoxları Azərbaycanın bir çox su mənbələrinin işğaı olunmuş torpaqlarla bərabər ermənilərin nəzarətində qalmasını xatırlamaq istəmirlər. Ancaq məhz həmin su mənbələrinin ermənilərin nəzarəti altında qalması Azərbaycanın bir neçə rayonun əsas suvarma mənbələrindən məhrum olmaısna gətirib çıxarıb. Ermənilərin işğal etdikləri ərazidə qalan su mənbələrinin itirilməsi nəticəsində nəyi itirdiyimizi rəqəmlər daha aydın göstərir. Belə ki, torpaqlarımızın işğalı nəticəsində Azərbaycan tutumu 640 milyon kubmetr su anbarlarından məhrum olub. Bu su mənbələrinin ölkənin aqrar sektorunun inkişafının indiki mərhələsində necə böyük əhəmiyyətə malik ola biləcəyini təsəvvür etmək isə çətin deyil. Belə böyük itgidən sonra Azərbaycanda cuvarma sahələrində ciddi problemlər yaşanmalı idi. Ancaq məhz Əhməd Əhmədzadənin fövqəladə təşkilatçılığı sayəsində indi həmin rayonlarda faktiki olaraq əkin sahələrinin suvarılması ilə bağlı ciddi problem yoxdur.

Məhz bütün bunlara görə 1993-cü ildə hakimiyyətə gələn ümummili lider Heydər Əliyev meliorasiya və su təsərrüfatını Əhməd Əhmədzadəyə həvalə etdi.

Əhməd Əhmədzadə bu etimadı tam doğruldaraq meliorasiya və su təəsrüratını dağılmaqdan xilas etməklə yanaşı, sürətli inkişaf yoluna yönəldə bildi. Əgər bu gün aqrar sektorda uğurdan danışırıqsa, bu ilk növbədə meliorasiya və su təsərrüfatında əldə olunan uğurların nəticəsidir.

Ötən 25 il ərzində melioarasiya və su təsərrüfatında həyata keçirlən layihələr isə bütövlükdə götürdükdə 20-ci əsrdə həyata keçirilən layihələrdən daha böyük infarstruktur əhəmiyyətə malikdir. Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə birinci və ikinci layihələr, “Samur- Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi və Suvarma və Drenaj İnfrastrukturunun Bərpası və Tamamlanması Layihəsi Azərbaycanın meliorasiya və su təsərrüaftında ikinci nəfəsə çevrilmiş, yeni üfüqlərin açılmaısna səbəb olmuşdur.

Картинки по запросу meliorasiya

Bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətini təftiş etmək çox asan məsələdir. Ancaq həmin təftişçilərin əksəriyyəti 90-cı ilin əvvələrində istənilən çağrışa ləbbeyk deyə bilərdilər. Ancaq Əhməd Əhmədzadə belələrindən olmadığı üçün bu gün bütün ölkə boyu mükəmməl fəaliyyət göstərən meliorasiya və su təsərrüaftı mövcuddur. Əlbətdə, insan övladının bütün yaratdıqları kimi meliorasiya və su təsərrüaftı da ideal deyil.Bəli,ölkəmizin meliorasiya və su təsərrüaftı da təkamüllərə, yeniliklərə həmişə ehtiyac duyacaq. Bunu kimsə inkar etmir və edə də bilməz. İslahatlar hər yerdə olduğu kimi meliorasiya və su təsərrüaftında da gedir. Fəaliyyəti üst-üstə düşən, oxşar xidmət göstərən yerli idarələrinin birləşdirilməsi bunun nəticəsidir. Ancaq bu proses əsas məsələyə, meliorasiya və su təsərrüaftının effektliyinə xələl gətirmədən həyata keçilir ki, bunun da müəllifi yenə də Əhməd Əhmədzadədir. Ona görə Meliorasiya və Su Təsərrüaftı ASC-nin fəaliyyətini tənqid edərkən bütün bunları nəzərə almamaq ədalətsizlik olardı. Sağlam tənqidin isə heç kim əleyhinə deyil. Çünki, sağlam tənqid ümumi işin xeyrinədir və Əhməd Əhmədzadə də sağlam tənqidə hörmət göstərdiyini dəfələrlə nümayiş etdirib.

Əks halda həmin iddiaların heç bir xeyri olmayacaq və əssasız iddialar da Əhməd Əhmədzadənin fəaliyyətinin üzərinə kölgə sala bilməz. Yel qayadan nə apa biər ki? Tozdan savayı....

Azər Abdul,

"AzerTaym.az"

 

 

 






Fikirlər