Qarabağla bağlı ŞOK XƏBƏRDARLIQ - Gələn il torpaqlarımızda MÜHARİBƏ BAŞLAYIR - HESABAT
Qazaxıstanda “Astana klubu” 2013-2018-ci illərdə dərc edilmiş qlobal risklər haqqında 30-dan çox hesabat əsasında “2019-cu ildə Avrasiya üçün qlobal risklər” adlı hesabat hazırlayıb.
Hesabatda gələn il Avrasiya üçün qlobal risklərin top 10-luğu təqdim olunub.
1. Çin və ABŞ arasında hərbi-siyasi qarşıdurmasının kəskinləşməsi
2. Ticarət müharibəsinin genişlənməsi
3. Yaxın Şərqdə böyük müharibə
4. Rusiya və Qərbin münasibətlərinin gərginləşməsi
5. Avrasiyada münaqişə ocaqlarının alovlanması
6. Separatizmin artması və etnik münaqişə
7. Ekoloji və su mübahisələrinin gərginləşməsi
8. Kibertəhlükələrin təkamülü və artması
9. Yeni silahlanmanın başlanması
10. Böyük nüvə və texnogen risklər
Hesabatın hazırlanmasına iştirak edən bütün beynəlxalq və yerli ekspertlər əmindirlər ki, qlobal risklər dünyanı zəiflədəcək. Yaxın Şərqdə yeni müharibə, İran və Ukrayna ətrafında böhran, Cənubi Çin dənizində gərginlik, Rusiyaya qarşı sanksiyalar gözləniləndir.
Ekspertlər hesab edirlər ki, qarşıdakı dövrdə ABŞ-ın başlatdığı ticarət müharibəsi böyüyəcək və Çin, Avropa ölkələri, Kanada, Meksika və digərləri bu müharibənin tərəfi olacaq.
Hesabatda Avrasiyadakı münaqişə ocaqlarının gələn il alovlanacağı riski yüksək qiymətləndirilir.
“Şərqi Ukraynada, Dağlıq Qarabağda və Əfqanıstanda regional və qlobal güclərin qarşıdurması gözləniləndir”, - deyə hesabatda bildirilir.