Zakir Qaralov Səfər Əbiyevin oğlunu İŞDƏN ÇIXARDI
Azərbaycanın sabiq müdafiə nazirinin oğlu işdən çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralovmüvafiq əmr imzalayıb.
Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, R.Əbiyev Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin oğludur.