Gürcüstanda prezident seçkilərinin ikinci dövrəsi keçirilib və Salome Zurabişvili səslərin yarıdan çoxunu yığaraq Gürcüstanın yeni prezidenti seçilib.
Qaynarinfo Gürcüstanın ilk qadın prezidentinin tərcümeyi-halını sizlərə təqdim edir:
Fransız və gürcü siyasətçi və siyasi xadim. Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə gürcü siyasi mühacir ailəsində anadan olub və böyüyüb. Atası Levan Zurabişvili Fransanın Gürcüstandakı diasporunun sədri olub. Babası İvan İvanoviç Zurabişvili 1918 və 1921-ci illərdə Gürcüstan Menşevik hökumətinin üzvü olub.
1972-ci ildə Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirib.
1974-cü ildə Zurabişvili Fransa Xarici İşlər Nazirliyində çalışıb.
1974-1977-ci illərdə İtaliyadakı Fransa səfirliyində üçüncü katib, 1977-1980-ci illərdə isə Fransanın BMT-dəki daimi nümayəndəsinin ikinci katibi vəzifələrində işləyib.
1980-1984-də xarici işlər idarəsinin mərkəzi ofisinin təhlil və proqnozlaşdırma mərkəzində çalışıb.
1984-1988-ci illərdə ABŞ-da Fransa səfirliyində birinci katib, 1989-1992-ci illərdə isə Çaddakı səfirlikdə ikinci katibi olub.
1992-ci ildə Nazirlər Kabinetində texniki məsləhətçi, 1997-ci ildən isə Fransa Xarici İşlər Nazirliyinin Strateji, Təhlükəsizlik və Silahsızlanma Departamentində işləyib.
2001-ci ildə Zubaşvili Fransanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub.
2004-cü ilin martında Gürcüstan prezidenti və Gül İnqilabının lideri Mixail Saakaşvili onu Gürcüstanın xarici işlər naziri təyin edib. Saakaşvili bu qərarı o zamankı Fransa prezidenti Jak Şirakla müzakirəsindən sonra alıb. Onun ən böyük uğuru Rusiya hərbi bazalarının ölkədən çıxarılması ilə bağlı qərarı olub. Bu qərarın ardından Gürcüstan Parlamenti qətnamə qəbul edib ki, Rusiya hərbi birləşmələri 2016-cı ilin yanvarından gec olmayaraq ölkəni tərk etməlidirlər.
Lakin o vəzifəsindən istefa verdikdən sonra 2008-ci ildə rus bazalarının geri qayıtması üçün Rusiya ilə Gürcüstan arasında müqavilə imzalanıb.
Fikirlər