Sabir Rüstəmxanlı müğənniyə EV BAĞIŞLAYIB?!
Müğənni Elçin Cəfərov “X maqazin” proqramının qonağı olub. “Qafqazinfo” xəbər verir ki, sənətçi qayınatası, tanınmış şair Sabir Rüstəmxanlının ona ev hədiyyə verməsi barədə yayılan məlumatlara cavab verib. Elçin mövzu barədə suala belə reaksiya bildirib: “Allah bütün böyüklərimizi qorusun. Amma belə bir şey yoxdur”. Bundan əlavə, ifaçı qeyd edib ki, o, şəxsi həyatı ilə çox gündəmdə qalmağı sevmir: “Belə bir söz deməmişəm ki, ailəmi gizli saxlayacam. Sadəcə olaraq medianı toya buraxmamışdıq. Hamının əlində telefon var, çəkdilər, yaydılar və biz populyar olduq. Toyda mediadan narahat olan insanlar var idi, çəkiliş istəmirdilər. Bütün dünyada belədir. Mən onsuz da mahnılarımla yadda qalmışam. Şəxsi həyatımla çox gündəmdə olmamışam”. Qeyd edək ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların bu nikahdan bir oğlan övladı var. Aydan keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızıdır.