"Başçı" yeni villasının qapısına polis postu qoyub

"Başçı" yeni villasının qapısına polis postu qoyub  Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov yeni tikdirdiyi villasının qapısında 24 saat polis dayanır.

Yeni villanın tikintisi, döşənməsi və həyətindəki nadir ağaclar icra başçısına yarmı milyon manatdan atrıq vəsaitə başa gəlib.

Ağcabədinin icra başçısı Şahin Məmmədov Ağcabədi şəhərində, Heydər Əliyev Mərkəzinin arxasında tikdirdiyi yeni villasına köçüb. Bu barədə AzMedia.info saytını məlumatlandıran mənbə bildirir ki, yeni villanın tikintisi, döşənməsi və həyətindəki nadir ağaclar icra başçısına yarmı milyon manatdan atrıq vəsaitə başa gəlib. Mənbə qeyd edir ki, icra başçısı hazırda yeni villasına köçüb və villanın qarşısında 24 saat polislər keşik çəkir. Villaya ev sahibinin icazəsi olmadan heç kim yaxınlaşa bilmir.

Villanın şəklini AzMedia.info-ya yollayan mənbə bildirir ki, polislər villanın qarşısında dayandığı üçün villanın qarşıdan şəkilini çəkmək mümkün olmayıb. Elə ona görə də villanın arxa hissəsinin şəkilini çəkərək saytımıza yollayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında dövlət məmurlarının öz vəzifələrindən sui-istifadə etmələrindən və dövlət vəsaitlərini talan etmələri ilə bağlı siqnallar almasıyla bağlı məməurlara və icra başçılarına xəbərdarlıq edib. Belə görünür ki, bir çox məmurlar hələ də ölkə prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmırlar. Hər halda Ağcabədinin icra başçısı Şahin Məmmədov bu yeni villasını hansı gəlirləri ilə tikdirməsinə açıqlıq gətirməsi bir çox qaranlıq sualların ortadan qalxmasına səbəb ola bilərdi. Digər tərəfdən icra başçısının öz vəzifə səlahiyyətlərində sui-istifadə edərək öz qapısında 24 saatlıq polis postu yaratması heç bir məntiqə sığmır. Belə çıxır ki, icra başçısı dövlətin polisindən qeyri-qanuni olaraq özünün şəxsi mühafizəsi üçün istifadə edir.

Birdə, əgər icra başçısı rəhbərlik etdiyi vətəndaşlardan niyə qorunmalıdır?
Maraqlı sualdır və təbii ki, Şahin müəllim bu suala cavab versəydi, minnətdar olardıq.


P.S.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


AzFakt.com






Fikirlər