MƏRKƏZİ UNİVERMAQ SAXTA BRİLLİYANT SATIR?!

MƏRKƏZİ UNİVERMAQ SAXTA BRİLLİYANT SATIR?!Bakıda keçən il zinət əşyası alan qadın polisə müraciət edib.


"AzerTaym.az" lent.az-a istinadən xəbər verir ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 1964-cü il təvəllüdlü Aslanova Kifayət Məhəmməd qızı bildirib ki, keçən ilin avqust ayında Mərkəzi Univermaqda tanışı Musayeva Sevda Şahpələng qızına 4 min manat ödəyərək brilyant qaşlı zinət əşyası alıb. Bu günlərdə həmin əşyanı mütəxəssisə yoxlatdıran K.Aslanovaya brilyantların saxta olduğunu bildiriblər.

K.Aslanova dələduzluq əməlindən zərər çəkdiyini bildirib və polisdən məsələnin qanun çərçivəsində həll edilməsini xahiş edib.

Araşdırma aparılır.


MƏRKƏZİ UNİVERMAQ SAXTA BRİLLİYANT SATIR?!






Fikirlər