AXCP sədri Əli Kərimli prezidentin əfv fərmanı haqqında bunları yazdı - mətn

 ÐŸÐ¾Ñ…ожее изображение

AXCP sədri Əli Kərimli prezident İlham Əliyevin imzaladığı əfv fərmanına münasibət bildirib. Musavat.com bildirir ki, o, özünün Facebook səhifəsində bunları yazıb: 

"Siyasi məhbusların bir qrupunun azadlığa çıxması hamımızı sevindirir. Hər kəsi təbrik edirəm! Müavinlərim Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, NİDA-çı siyasi məhbuslar İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov və Elgiz Qəhrəman, siyasi girovlarımız – qaynım Elnur Seyidov və Natiq Ədilovun qardaşı Murad Ədilov, keçmiş səhiyyə naziri Əli İnsanov, müsavatçı Əlikram Xurşudov, keçmiş müstəntiq Rüfət Səfərov, yazar Tofiq Həsənli, bloqçu Rəşad Ramazanov, jurnalist Fikrət Fərəməzoğlu, Müsəlman Birliyi Hərəkatının sәdr müavini Elcin Qasımov, ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev, dindar siyasi məhbuslar Lətif Əhmədov, Rasim Cəbrayılov, Nizami Qəniyev, Ruzi İsmayılov, Nicat Əliyev azadlığa çıxacaq. Dostlarımızın bir qisminin bayram ərəfəsi azadlığa çıxması bizi sevindirir. Ancaq təəssüf ki, yenə də əfv sərəncamı yarımçıq oldu, siyasi məhbusların az bir qismini əhatə etdi. Əfv sərəncamı ilə azadlığa çıxan bütün məhbusların ailələrini, yaxınlarını təbrik edirəm. Birgə mübarizəmizlə digər siyasi məhbusların da azad edilməsinə nail olacağıq".

 ÐŸÐ¾Ñ…ожее изображение






Fikirlər