YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi

Mayın 6-da Yeni Azərbaycan Partiyasının nümayəndələri, partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, rayon və şəhər təşkilatlarının fəalları  ümummilli lideri  Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.
 "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, ziyarətçilər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.






Fikirlər