“SƏNİ PƏJMÜRDƏ EDƏRİK…”- Nazir Əkrəm imamoğlunu HƏDƏLƏDİ...
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Bursada qatıldığı qaçqınlarla bağlı toplantıda maraqlı açıqlamalar edib. “AzPolitika.info”nun məlumatına görə, ölkədə bəzi siyasi qüvvələrin əsasən Suriyadan gələn mühacirlərin əhalidə yaratdığı narahatlıqdan öz siyasi məqsədləri üçün istifadə etməsinə deyinən nazir bunun doğru yol olmadığını bildirib. S.Soylu həmin qüvvələrin köçmən problemini əldə vasitə edərək, hətta meydanları hərəkətə gətirməyə çalışdığını qeyd edib. Nazir bildirib ki, bütün bunlar nəticə etibarilə Türkiyəni zəiflətməyə yönələn adddımlardır. Daxili işlər naziri öz çıxışında İstanbulun CHP-li bələdiyyə başqanı Əkrəm İmamoğluna də səslənib. Soylu İmamoğlunu PKK tərəfdaşlarına dəstək göstərməkdə günahlandırıb. Nazir bu fikrini onunla əsaslandırıb ki, İstanbulun bələdiyyə başqanı bu yaxınlarda vəzifəsindən alınmış 3 bələdiyyə başqanını ziyarət edib, onlara dəstəyini gizlətməyib. Həmin bələdiyyə başçıları isə əsasən PKK-ya yaxın şəxslər sayıldığı, terror təşkilatına dəstək göstərdikləri üçün görəvlərindən alınıb. Ə.İmamoğlu sözügüdən bələdiyyə başçılarının xalq tərəfindən seçildiyini önə çəkərək, barələrində qəti məhkəmə hökmü olmadan vəzifədən uzaqlaşdırılmalarını doğru hesab etmədiyini deyib. Soylu isə bunun dövlətçilik və milli maraqlar baxımından doğru mövqe olmadığını bildirərək, indiyə kimi dəflərlə xalqın seşdiyi bəzi bələdiyyə başçılarının PKK-ya açıq dəstək göstərdiklərini, hətta bələdiyyələrə aid texnikaları terror örgütünün ixtiyarına verdiklərini xatırladıb. Daha sonra Ə.İmamoğlunu bələdiyyə sədrliyi görəvindən kənara çıxan addımlar atmamağa çağıran S.Soylu onu hədələməkdən də çəkinməyib: “Buradan söyləyirəm. İşini görürsənsə, başımızın üstündə yerin var, amma öz işindən kənarda başqa işlər görməyə qalxsan, səni pəjmürdə edərik. Bu qədər açıq və aydın!” Onu da xatırladaq ki, hər ikisi Qara Dəniz bölgəsindən olan Ə.İmamoğlu və S.Soylu arasında İstanbul bələdiyyə seçkilərindən öncə də qarşıdurma və gərginlik yaşanmışdı.