Azərbaycanda Baş Nazir postunu tutan şəxslərin SİYAHISI
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin sərəncamı ilə Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilib. Keçmiş Baş Nazir Novruz Məmmədovun öz istəyi ilə vəzifədən imtina etməsi xəbəri Azərbaycanda olduğu kimi, dünya mətbuatının da diqqət mərkəzində olub. "AzerTaym.az" sonxeber.az-a istinadən ölkəmizdə son yüz ildə Baş Nazir olan şəxslərin siyahısını təqdim edir: Fətəli xan Xoyski: 28 May 1918 - 14 Aprel 1919 Nəsib bəy Yusifbəyli: 28 May 1919 - 30 Mart 1920 Məmmədhəsən Hacınski (müvəqqəti): 30 Mart 1920 - 28 Aprel 1920 Nəriman Nərimanov: 28 Aprel 1920 - 6 May 1922 Qəzənfər Musabəyov: 6 May 1922 - 14 Mart 1930 Dadaş Bünyadzadə: 6 May 1922 - 14 Mart 1930 Mir Cəfər Bağırov: 14 Mart 1930 - 23 Oktyabr 1932 Hüseyn Rəhmanov: 23 Oktyabr 1932 - 12 Dekabr 1933 Teymur Quliyev: 13 Noyabr 1937 - 28 Mart 1946 Teymur Quliyev: 28 Mart 1946 - 6 Aprel 1953 Mir Cəfər Bağırov: 6 April 1953 - 20 İyul 1953 Teymur Quliyev: 20 İyul 1953 - 1 Mart 1954 Sadıq Rəhimov: 1 Mart 1954 - 8 İyul 1958 Vəli Axundov: 8 İyul 1958 - 10 İyul 1959 Məmməd İsgəndərov: 10 İyul 1959 - 29 Dekabr 1961 Ənvər Əlixanov: 29 Dekabr 1961 - 10 Aprel 1970 Əli İbrahimov: 10 Aprel 1970 - 22 Yanvar 1981 Həsən Seyidov: 22 Yanvar 1981 - 27 Yanvar 1989 Ayaz Mütəllibov: 27 Yanvar 1989 - 26 Yanvar 1990 Həsən Həsənov: 7 Fevral 1991 - 4 Aprel 1992 Firuz Mustafayev: 4 Aprel 1992 - 14 May 1992 Əli Məsimov (müvəqqəti): 5 Fevral 1993 - 28 Aprel 1993 Pənah Hüseyn: 28 Aprel 1993 - 30 İyun 1993 Surət Hüseynov: 30 İyun 1993 - 7 Oktyabr 1994 Fuad Quliyev: 7 Oktyabr 1994 - 20 İyul 1996 Artur Rasi-zadə: 20 İyul 1996 - 21 aprel 2018 Novruz Məmmədov: 21 aprel 2018 - 8 oktyabr 2019 Və nəhayət Əli Əsədov ; 8 oktyabr 2019 - ........