İmamoğlu özü haqqında kitab yazdırdı, CHP qarışdı

İstanbulun CHP-li Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özü haqqında kitab yazdırıb.

Avropa.info xəbər verir ki, "Qəhrəmanın Yolçuluğu" adlı kitab İmamoğlunun seçki kampaniyasına rəhbərlik edən Necati Özkan tərəfindən yazılıb.

İmamoğlunun ön söz yazdığı, Türkiyənin bütün şəhər və rayonlarında reklam lövhələrində pullu reklam olunan kitab, CHP-də ciddi qalmaqala səbəb olub. Məsələ burasındadır ki, kitabda seçki kampaniyası dövründə İmamoğlunun və özünün fəaliyyətlərini önə çəkən Özkan, CHP, HDP və İyi Partiyanın fəaliyyətinə yer verməyib.

CHP İstanbul vilayət şöbəsinin sədri Canan Kaftancıoğlu İmamoğlu haqqında azılan kitaba sərt reaksiya göstərib.

""Qəhrəmanın hekayəsini yazıram" deyib özünü qəhrəmanlaşdıran şəxs bilsin ki, yalan, yanlış və əksik sənədlərlə CHP təşkilatarının və İstanbul ittifaqının əməyinə heç kim sayğısızlıq edə bilməyəcəkdir" - Canan Kaftancıoğlu belə deyib.

Əkrəm İmamoğlu isə Canan Kaftancıoğluna cavab verib. İmamoğlu Kaftancıoğlunu CHP-də qalmaqal salmaqda ittiham edib.

"Canan xanımın öz fikrini bildirməsinə bir şey demirəm, amma hazırkı mövqeyimizə görə, partiya daxilində yorumlara səbəb olacaq və partiyanın fəaliyyətinə təsir edəcəyi psixoloji bir mühitdə bu tip şərhləri doğru hesab etmirəm" - İmamoğlu belə deyib.

CHP sədri Kamal Klıcdaroğlu da üstüörtülü şəkildə İmamoğlunu ittiham edib.

"İstanbul təşkilatımız yaxşı işlədi. Fədakarlıqla çalışdılar. Öz daxillərindəki problemləri belə bir kənara buraxıb birlikdə durdular və qazandılar. Hər kəs başarıya yiyələnmək istəyər. Bəziləri başarını sadəcə öz pəncərələrindən görə bilərlər. Bunlar ola bilər. Ancaq önəmli olan başırını qalıcı etmək üçün çalışmaqdır"-Klıcdaroğlu belə deyib.






Fikirlər