MİLLİ MƏCLİS YENİ OMBUDSMAN SEÇƏCƏK - Siyavuş Novruzovun həyat yoldaşı da namizəddir
Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılacaq. “Report”un xəbərinə görə, bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən 3 xanımın namizədliyi irəli sürülüb. Onlardan ikisinin adı məlumdur. Kəmalə Abıyeva
Adları məlum olan namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyevadır. K.Əliyeva YAP İcraçı katibinin müavini, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. Gözlənilir ki, yeni ombudsman da məhz o olacaq. Məsələ MM-in komitə iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. MM-in plenar iclası isə noyabrın 25-də keçiriləcək. Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra dir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. Kəmalə ƏLİYEVA