"07 ordan gəldi, maşın belə getdi" - Mahnıları TƏNQİD etdilər
"AzerTaym.az" axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova "Show news"a açıqlamasında deyib. Bacısı Gülyaz Məmmədova ilə kamera qarşısına keçən müğənni bayağı ifaçıları tənqid ediblər. Gülyanaq bildirib ki, övladlarına bu cür mahnılara qulaq asmağa icazə vermir: "İstəmirəm uşaqların zövqü bunlarla korlansın. Qəbul etmədiyim mahnılar çoxdur". Gülyaz isə bildirib ki, çoxları mahnıdakı baxış sayını süni yolla artırır: "Youtube"da olan baxışlar camaatı aldadır. Bilmirlər ki, o baxış sayları pulla artırılır. Camaat da baxır, deyir, çox baxılır, onları toya çağırır. Zövq müxtəlifdir, hamısının dinləyicisi var. Amma görməmişm ki, bayağı ifaçılar Heydər Əliyev Sarayında konsert versin. Burada canlı oxumalısan, fonoqram olmaz". G.Məmmədova "Sponsor tapırlar, hər yerdə konsert verirlər. Konsert etmək üçün birinci səs və sənət olmalıdır. İnanmıram ki, bizim statusumuzda olan müğənnilər gedib restoranda konsert verər. Onlar konsert yox, şou gecəsidir" sözlərini əlavə edib.