Sobçak azərbaycanlı reperlərin pərəstişkarı imiş - FOTOLAR + VİDEO

Sobçak azərbaycanlı reperlərin pərəstişkarı imiş

Rusiyalı tele və radio aparıcı, ictimai xadim Kseniya Sobçak azərbaycanlı reperlərin böyük pərəstişkarı olduğunu etiraf edib.

“Qafqazinfo”nun məlumatına görə, o, “Ostorojno, Sobçak!” Yutub layihəsinin yeni buraxılışında Rusiyanın “Qolos” vokal şosunun populyar iştirkaçılarından biri Nərgiz Zakirovadan müsahibə alıb.

"Ostorojno, Sobçak!" proqramından kadr

Müğənni ilə rep musiqisini müzakirə edən K. Sobçak Əhmədli uşaqları – Anar Zeynalov və Timur Odilbekovun vaxti ilə daxil olduqları “Kaspiyski qruz” duetinin pərəstişkarı olduğunu açıqlayıb.

““Kaspiyski qruz” mənim xoşuma gəlir, heyrətamizdir!”, - Kseniya Sobçak Yutub layihəsinin efirində deyib.

"Kaspiyski qruz"

 








Fikirlər