"O məxluq bizim ailəyə böyük ziyan vurub" - VİDEO

"O məxluq bizim ailəyə böyük ziyan vurub" - VİDEO

Müğənni İlahə Fəda sosial şəbəkədə videomüraciət yayıb.

"AzerTaym.az" BAKU.WS-a istinadən xəbər verir ki, ona qarşı linc kampaniyasına başlanıldığını deyən ifaçı videonu bu sözlərlə paylaşıb: "Dostlar, sizdən üzr istəyirəm, ona görə ki, bəlkə də, mənasız görünən, amma mənimçün çox ağır olan bir vaqeəni sizinlə bölüşürəm. Hər şey kənardan göründüyü kimi deyildir".

O, adını çəkmədiyi şəxsin bacısı Fədayə Laçına və ailəsinə böyük ziyan vurduğunu və hər kəsin hər şeyi bildiyini deyib:

"Mənə qarşı bir linc kampaniyası başladılıb. Bunun səbəbini bilirsiniz, amma məsələnin görünməyən tərəfləri var. Mən dəli deyiləm ki, durduğum yerdə kiməsə ağır bir söz deyim. O sözü haqq etməsəydi, deməzdim. Bu insanın, məxluqun bizim ailəmizə vurduğu ziyanı, zərəri, zərbəni mən və ailəm illərdir, yaşayırıq, hələ də onun altını çəkirik.

Burada çox şeyləri açıb deyə bilmirəm. Bəzi şeylər var ki, onları deyə bilmirəm, boğuluram. Amma mənim burada deyə bilmədiklərimi bütün musiqi aləmi bilir. Musiqi aləmindən bilənlərin dostu-yaxını da bilir. Yəni bütün aləm bilir ki, o mənim ailəmə necə zərbə vurub. O zərbəni neçə illərdir yaşadığıma görə həzm edə bilmirəm. İndi deyəcəksiz, mən belə danışıram, bacım da çıxıb onunla duet oxuyur. Fədayə həzm edir... O elə hər şeyi həzm edə bildiyinə görə başına o işlər gəldi. Mən istəyirəm ki, ona zərbə vuran o keçmişi indi onun yanında olmasın. Mən bunu istəyirəm.

Bu işləri zamana buraxıram. Zaman hər şeyi göstərəcək. Sadəcə Allahdan bir arzum var, mən haqsız çıxım. Keşkə mən haqsız çıxım..."

İzləyicilər onun bu sözlərinin Fədayə Laçının duet ortağı, eləcə də bir müddət sevgili olduqları Tacir Şahmalıoğlu barəsində olduğunu yazıblar və ad çəkmədiyinə görə ona irad tutublar. İlahə xanım şərhlərə cavab verməyib. 

Xatırladaq ki, Fədayə Laçın həbsxanadan çıxdıqdan sonra İlahə Fəda bacısının bir daha Tacir Şahmalıoğlu ilə duet oxumayacağını demişdi. Lakin onun bu sözlərindən sonra keçmiş duet ortaqları yenidən bir yerdə göründülər. Birlikdə efirə də çıxdılar, toya da getdilər. 

VİDEO






Fikirlər