“Azərbaycanın köməyini unutmayacağıq” - Ərdoğan - VIDEO

azerbaycanin-komeyini-unutmayacagiq

 

“Türkiyə qardaşlarının, xüsusilə də Azərbaycanın fevral ayında baş verən dəhşətli zəlzələlər zamanı göstərdiyi yardımı heç vaxt unutmayacaq”.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Türkiyə lideri əmin edib ki, Ankara da çətin anlarda dost ölkələrə dərhal kömək edəcək: “Biz qardaşlarımıza kömək əlimizi uzadacağıq, bütün imkanlardan təmənnasız istifadə edəcəyik. Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq”.

 






Fikirlər