Paşinyan çox çalışdı, alınmadı: Putin Bakıya gəldi və...

Paşinyan çox çalışdı, alınmadı: Putin Bakıya gəldi və... 

Ermənistan Baş naziri Nikol Paşinyan uzun müddətdir ki, 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Rusiya Sərhəd Xidmətinin Zəngəzur dəhlizinə nəzarət etmək tələbindən imtina edirdi. Lakin bir neçə gün öncə Rusiya FTX-nin Sərhəd Xidmətinin dəhlizdə “monitorinq apara biləcəyini” elan etdi. Paşinyan mövqeyini niyə dəyişdi və proses hansı istiqamətdə gedir? 

Axar.az xəbər verir ki, mövzunu erməni mediasına şərh edən rusiyalı ekspert, ermənipərəst Stanislav Tarasov bu dəyişikliyin ciddi əsası olduğunu vurğulayıb. 

Onun sözlərinə görə, Paşinyan aylardır ki, “razılaşdırılan bəndlər üzrə” sülh sazişini imzalamaq, heç olmasa, Azərbaycanla bir-birinə hücum etməmək barədə beynəlxalq öhdəlik götürmək və kommunikasiyaları “öz yurisdiksiyası daxilində” açmaq üçün çox cəhd etdi və Qərb platformalarında bu istəyinə nail olmağa çalışdı. Ancaq Azərbaycan öz tələblərindən bir addım da geri çəkilmədi:  vakansiyalar

“Paşinyan bunu (sazişi - red.), çox güman ki, Vaşinqtonda imzalamaq istəyirdi, bunun üçün Vaşinqton kifayət qədər ciddi səylər göstərdi, görüşlər keçirdi, təmaslar oldu. Lakin nəticə vermədi, həmin plan (Qərbin planı – red.) baş tutmadı, əksinə, Azərbaycan ritorikanı gücləndirdi və İrəvan və Qərb qarşısında yeni tələblər irəli sürməyə başladı”. 

O bildirib ki, Rusiya lideri Vladimir Putinin Bakıya səfərindən sonra 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndi ilə bağlı Kremlin təzyiqi gücləndi:

“Bunun ardınca İrəvanın Rusiyaya, Rusiya vasitəçiliyinə və 10 noyabr sənədinə yönəlik tənqidləri oldu. Bu müddət ərzində təbii ki, çox müxtəlif şeylər deyildi, marşrutda rus varlığının olmayacağında israr edildi, hətta Avropa təşkilatına nəzarətin verilə biləcəyi bildirildi. Nəhayət, ilk dəfədir ki, “monitorinq” məsələsi gündəmə gətirilir və bu, müəyyən məna kəsb edir”.

Qərbin təzyiqlərinin heç bir nəticə vermədiyinə diqqət çəkən Tarasov bu müddətdə sülh sazişi başğala bilməyən Paşinyanın Ukrayna cəbhəsində Rusiyanın uğurları fonunda çarəsiz duruma düşdüyünə işarə edib: 

“Ermənistan artıq anlayır ki, sülh sazişini imzalamaq üçün 10 noyabr bəyanatının 9-cu bəndini yerinə yetirməyə çalışmalıdır, çünki Qərb prosesi tərk edib və Ermənistana təhlükəsizlik təminatı verə bilmir. Ancaq Paşinyan bunu “nəzarət prosesi” kimi yox, “monitorinq prosesi” kimi paketləməyə cəhd edir. O da ola bilər ki, bu məsələ yüksək səviyyədə müzakirə olunub və İrəvan-Moskva formatında müəyyən konsensus formalaşıb ki, orada sərhədçilərin sabit, daimi mövcudluğu yox, İrəvan üçün məqbul olan hansısa başqa format olacaq. Bu, İran üçün də məqbul sayıla bilər”. 

Tarasov bildirib ki, Rusiya Baş nazirinin müavini Overçukun blokadanın Rusiyasız götürülə bilməyəcəyini deməsi təsadüfi deyildi: 

“Azərbaycan yalnız bütün məsələlər həll olunanda imza atacağını bəyan etdi. Bu (dəhliz – red.), əslində Azərbaycan üçün ən vacib məsələlərdən biri idi. 10 noyabr sənədinin 9-cu bəndinin həyata keçirilməsi müəyyən konsensus prinsipinə əsasən, Qərbdən başqa regionda hamı üçün faydalıdır”. 






Fikirlər