“İsrail Türkiyəyə heç bir şey edə bilməz...” -Siyasi təhlükəsizlik eksperti

“İsrail Türkiyəyə heç bir şey edə bilməz...”-Siyasi təhlükəsizlik eksperti

Amma hər bir halda “Böyük İsrail” proyektinin hədəfinə tuş gəlməkdə olan ölkələr onlar çox ciddi şəkildə öz mövqelərini və durumlarını düşünməli və mümkün qədər də önləyici addımlar atmalıdırlar...”
 
“Hər şey ABŞ-dakı seçkilərdən asılı olacaq...”
 
Ötən həftə siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə İsraildə və dünyadakı bəzi ifrat radikal yəhudi dairələrinin xəyal etdiyi “Böyük İsrail” layihəsinin siyasi gerçəkliyə nə dərəcədə uyğun olub-olmamasından danışdıq(burada: və burada:) Elə bizim ilk söhbətdən az sonra İsrailin maliyyə naziri Bezalel Smotriçin rejissor Jerem Seskenin çəkdiyi “İsrail: Xaos nazirləri” adlı sənədli filmdəki çıxışında “Tövrat”da barəsində bəhs olunduğu deyilən “Vəd edilmiş torpaqlar” məqsədindən danışması və hədəf ölkələri bir-bir sadaladığı bilindi.  Yəhudi nazir həmin çıxışında ölkə sərhədlərini Türkiyəyədək genişləndirmək istəyində olduqlarını bildirir. 
 
Bu dəfə siyasi analitik Ərəstun Oruclu Moderator.az-a açıqlamasında “Əgər doğrudan da “Böyük İsrail” layihəsi hansısa dairələrin real olaraq həyata keçirməyə çalışdıqları planlarında mövcuddursa, onun qarşısını ala biləcək güc varmı?” sualını cavablandırıb: 
 
“Bəli, “Böyük İsrail” layihəsinin qarşısını ala biləcək güc, əlbəttə, var... İsrail Türkiyəyə heç bir şey edə bilməz. Türkiyə onun  qarşısını ala bilər və alacaqdır da. İsrail, belə götürəndə, heç İrana da heç nə edə bilməz. Və kifayət edir ki, ABŞ, özəlliklə ABŞ İsrailin arxasından çəkilsin. O halda həmin dövlətin mövcudluğu çox ciddi sual altına düşər. Amma, öncəki söhbətimizdə dediyim kimi, təəssüf ki, bir çox ölkələrin, o cümlədən də Birləşmiş Ştatların siyasətçiləri təhdidlərdən qorxaraq İsrailin yedəyində gedirlər. Türkiyə məsələsində onlar hansı mövqe tutacaqlar? Bunu söyləmək çətindir. Hər şey seçkilərdən asılı olacaq. Məlumdur ki, respublikaçılar birmənalı olaraq İsrailin oyuncağı və ya tərəfdaşı kimi fəaliyyət göstərəcəklər. Demokratlar isə yüksək ehtimalla bu avantüraya getməyəcəklər. Gedə bilməzlər. Çünki onların elektoratı buna imkan vermir. Amma hər bir halda “Böyük İsrail” proyektinin hədəfinə tuş gəlməkdə olan ölkələr onlar çox ciddi şəkildə öz mövqelərini və durumlarını düşünməli və mümkün qədər də önləyici addımlar atmalıdırlar...”






Fikirlər