İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması yaxın şərqdəki vəziyyətə necə təsir göstərəcək? — POLİTOLOQ RƏYİ
Son günlər İsrail-Türkiyə münasibətlərində yaxşılaşma baş verir Hətta hər iki dövlətin münasibətlərinin yaxşılaşdırılması barədə saziş də imzalanıb. İsrail-Türkiyə münasibətləri bölgəyə nə verəcək? Bundan sonra yaxın şərqdə vəziyyət necə olacaq? Bu sualın cavabını politoloq Zərdüşt Əlizadə Ölkə.Az-da cavablandırıb: "Bu saziş hər iki ölkənin ümumi siyasi xəttinə təkan verəcək. İki dövlət arasında münasibətlərin yaxşılaşması həm Türkiyənin, həm də İsrailin müəyyən təcriddən xilas olması ilə nəticələnəcək. Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması bölgədəki gərginliyin zəifləməsinə gətirib çıxaracaq. Bundan sonra yaxın şərqdə nisbi də olsa sakitlik olacaq". Qeyd edək ki, Türkiyə-İsrail münasibətləri 31 may 2010-cu il Fələstinə yardım aparan Türkiyənin "Mavi Marmara" gəmisinə İsrail ordusunun hücumundan sonra pisləşib.