Aprel döyüşlərində Azərbaycan Ordusunun azad etdiyi ərazilər - XƏRİTƏ
Bu gün hərb tarixinə Aprel döyüşləri adı ilə daxil olan hərbi əməliyyatın 4-cü ildönümü tamam olur. "AzerTaym.az" modern.az-a istinadən xatırladır ki, 2-5 aprel tarixlərində baş verən döyüşlər zamanı Milli Ordu Ermənistanın Qarabağdakı hərbi təxribatlarına əks-zərbə ilə cavab verərək Tərtər rayonunun Talış və Cəbrayıl rayonunun Lələtəpə adlanan mühüm strateji yüksəkliklərini düşmən işğalından azad etmişdi. Azad edilmiş 2 min kvadrat kilometr ərazi ilə yanaşı, yeni mövqelərdən Qarabağın işğal altındakı minlərlə hektar sahəsinə vizual nəzarət də ordumuza üstünlük qazandırıb. Ən qanlı döyüşlərin getdiyi Talış kəndi istiqamətində Azərbaycan ordusu təmas xətti boyu 8 ön və 2,1 kilometr enində ərazini nəzarətə götürüblər. Azad olunmuş ərazidə 584 metr hündürlüyündə Talış yüksəkliyi də var. Məhz bu yüksəklik düşmən tapdağı altındakı kəndə nəzarət etməyə imkan verir.
Bundan başqa, azad olunmuş ərazi Goranboyun Tap-Qaraqoyunlu kəndini atəş altından tan çıxarmağa imkan verir. Ümumilikdə, bu istiqamətdə azad edilmiş ərazinin sahəsi 14 kvadrat kilometr təşkil edir. Cəbrayılın rayonu mərkəzindən 20 kilometr məsafədə yerləşən Lələtəpə yüksəkliyi isə azad olnmuş ətraf ərazilərlə birgə 5,2 kvadrat kilometr ərazini əhatə edir. Bu istiqamətdə Azərbaycan ordusu 4,5 kilometr irəli və 1,8 kilometr enində ərazini nəzarətə alıb. Nəticədə, Cəbrayılın Cocuq Mərcanlı kəndi yaşayış üçün tamamilə təhlükəsiz vəziyyət gətirilib. Hündürlüyü 290 metrə çatan Lələtəpə yüksəkliyi isə işğal altındakı ərazilərdə düşmən mövqelərini bütün dərinliyi boyunca müşahidə etməyə imkan verir. Ümumiyyətlə, Aprel döyüşlərinin nəticələri Ermənistanın hərbi-siyasi rəhbərliyini şok vəziyyətinə salmışdı. Azərbaycan ordusunun zərbələri qarşısında 25 ildən artıq müddətdə möhkəmləndirilmiş əlverişli mövqelərini tərk edən düşmən tərəfi canlı qüvvə və hərbi texnika baxımından da ciddi itkilər verdi. Ermənistan tərəfi aprelin 1-dən 2-nə keçən gecə başlayan və aprelin 5-i saat gündüz 12:00-a qədər davam edən döyüşlərdə 110 hərbi qulluqçusunu itirdiyini, 127 hərbçisinin isə yaralandığını etiraf etmişdi.