Karantin tədbirlərinə qarşı ETİRAZ aksiyası KEÇİRİLDİ...
Almaniyanın Berlin şəhərində koronavirus epidemiyası ilə mübarizə üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlərə etiraz olaraq aksiya keçirilib.
"AzerTaym.az"-ın pravda.az-a istinadən xəbərinə görə, polis nümayişin təşkilatçılarından bir neçəsini saxlayıb.
Mitinq Roza Lüksemburq meydanında baş tutmalı idi, lakin polis meydana keçidi bağlayıb. Nəticədə, mitinq vaxtı meydanda 100-dən çox etirazçı olub. Digərləri meydanın yaxınlığındakı küçələrə toplaşıb.
Etirazçıların əsas tələbi konstitusiya hüquqlarının bərpası olub. Onlar bildirib ki, məhdudlaşdırıcı tədbirlər ölkə vətəndaşlarının mülki və iqtisadi hüquqlarının pozulmasıdır. Plakatlardakı şüarlar arasında: “Vətəndaş hüquqlarının pozulmasını dərhal ləğv et!”, “Oyan! Konstitusiya ilə nə baş verir?” olub.
Təxminən bir saat sonra polisin tələbi ilə aksiya iştirakçılarının böyük hissəsi dağılışmağa başlayıb.