"Koronavirus yenidən alovlana bilər" — ÜST XƏBƏRDARLIQ ETDİ

Mərhələli şəkildə karantin rejimindən çıxmaq üçün işlər görülür. Ancaq yenə də ehtiyatı əldən vermək olmaz. Çünki koronavirus yenidən alovlana bilər".

"AzerTaym.az" Report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bütün xəstəxanalarda virusa yoluxan şəxslərin sayı ciddi şəkildə azalma müşahidə olunur:

Havaların isti keçməsi və açıq havada gəzmək bu virusun yox olmasına zəmin yarada bilər. Gələcəkdə də hər hansı pandemiya ola bilər və buna hazırlıqlı olmaq lazımdır. İnsanlar arasında ən azı 1 metrlik məsafənin qorunması və otağın havasının tez-tez dəyişməsi mütləqdir. Xəstə olan zaman işə gedilməməlidir”.

H.Harmancı bildirib ki, Ramazan ayında insanlar bir-birini ziyarət etməyə üstünlük verir:

Texnologiya dövründə yaşadığımızdan bunu telefon vasitəsilə etməyimiz məqsədəuyğundur”.






Fikirlər