Koronavirusdan ölən həkim təltif ediləcək? - TƏBİB-dən CAVAB...
“Qeyd etdiyimiz kimi, koronavirusa yoluxmuş bir həkim vəfat edib”.
"AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, fədakar həkimlərin təltif olunması ilə bağlı müzakirələr gedir:
“Xidmət başında vəfat edən şəxslərlə əlaqədar ölkə rəhbərliyi yaxın vaxtlarda qərar verəcək”.
Xatırladaq ki, təcili tibbi yardım briqadasında çalışan 67 yaşlı həkim Zakir Xəlilov koronavirus infeksiyasının qurbanı olub.