MUSA QASIMLI İCRA BAŞÇISINI MÜDAFİƏ ETDİ – Sabir Rüstəmxanlı cavabını verdi

Yaranmış şəraitdən həm ölkə daxilində, həm də xaricdə siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər dövlətin hər şeyi gördüklərini bilməlidirlər”. “Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz: “Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirilən rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.

Deputat Sabir Rüstəmxanlı isə Musa Qasımlının çıxışına cavab olaraq bildirib ki, son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq aparılması ilə bağlı sosial şəbəkələrdə çıxış edib: “Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə, hər şeyi görər”.

Musa Qasımlı isə cavabında Sabir Rüstəmxanlını "25 il deputatı olduğu rayonda bir kasıbın qapısını döyməməkdə" qınayıb. 






Fikirlər