RAMİZ MEHDİYEVİN ÖLÜM XƏBƏRİ YAYILDI - Kürəkənindən açıqlama (Yenilənib)

YAP Mehdiyevin kürəkənini istəmədi - Onun mandatı kimə verilə bilər?

"Şükürlər olsun ki, hər şey qaydasındadır” - Ramiz Mehdiyevin kürəkənindən açıqlama.Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin vəfat etməsi ilə bağlı informasiyalar yer almaqdadır.

 

O, saytımıza açıqlamasında yayılan xəbərlərin həqiqət olmadığını deyib:Ramiz Mehdiyevlə axşam görüşmüşəm. Səhhəti də normaldır. Şükürlər olsun ki, hər şey qaydasındadır”.

Modern.az informasiyanı dəqiqləşdirmək üçün Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə əlaqə saxlayıb. 

 

Kürəkəni İlham Əliyev Ramiz Mehdiyevin kabinetində oturub yazılarını yazdığını da xüsusi qeyd edib.

***

Bu gün sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin vəfat etməsi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov bildirib ki, Ramiz Mehdiyevin ölümü ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Ramiz Mehdiyev yox, mənim oğlum dünyasını dəyişib".

Qeyd edək ki, mayın 6-da mətbuatda Ağahüseyn Şükürovun 27 yaşlı oğlu Nuranın dəhşətli yol qəzasında vəfat etməsi barədə məlumat yayılıb.






Fikirlər