Ramiz Mehdiyevin özəl günü..
Ramiz Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub.
1957-ci ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra "Xəzər neftdonanma"nın idarəsinin gəmilərində maşinist işləyib.
1961-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakultəsinə daxil olub. 1965-ci ildə beşinci kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nin tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür, 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyib.
1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakultəsinin aspiranturasına daxil olur. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı disertasiyasını müdafiə edir.
1972-ci ildə ADU-nun elmi kommunizm kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir. 1974-cü ildə Azərbaycan KPMK-nın aparatında təbliğat təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur.
1976-cı ildə Azər.KPMK –nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunur.
1978-ci ildə 26 Bakı komisarı RK-nə birinci katib seçilir.
1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir, 1981-ci ilin yanvarında isə Azərbaycan KPMK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edilir.1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyir.
1993-cü ildən fəlsəfə elmləri doktorudur.
1994-cü ilin fevralında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezident aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edilir. 2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəridir.
Həqiqi Dövlət müşaviridir.
2001-ci ildə Nyu-York EA-nın üzvü seçilib.
100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlər, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s. mövzularla bağlı).
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilmişdir.
2008-ci ildə mart ayında "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" adlı yeni kitabı çapdan çıxıb.
Prezidentin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.