RAMİZ MEHDİYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ – Sərəncam

 Image result for ramiz mehdiyev

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncama əsasən, Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. 

Modern.az Ramiz Mehdiyevin qısa tərcümeyi-halını xatırladır:
Akademik Ramiz Mehdiyevin adı çağdaş Azərbaycan siyasi tarixinin 70-ci illərindən çəkilir.
Ramiz Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə - 19 yaşında Bakı Dənizçilik məktəbini bitirib və "Xəzər neftdonanma" idarəsinin gəmilərində maşinist işləyib.
Dörd ildən sonra, 1961-ci ildə Ramiz Mehdiyev ali təhsil almaq üçün sənədlərini o zamankı Azərbaycan Dövlət Unversitetinə verib və Tarix fakültəsinə daxil olub.
1965-ci ildə ali təhsilini başa vuran Ramiz Mehdiyev LKGİ-də təlimatçı vəzifəsində işləməyə başlayıb. Ramiz Mehdiyev 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyib.
O, 1968-ci ildə M.V.Lomonosov adına MDU-nun Fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 10 ilə yaxın Rusiyada elm sahəsində işləyib. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edib. Bundan sonra R.Mehdiyev Azərbaycana qayıdıb. 1972-ci ildə vaxtilə oxuduğu ali məktəbdə işə düzəlib. ADU-nun “Elmi kommunizm” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyib. O, 1974-cü ildə Azərbaycan KP MK-nın aparatında təbliğat-təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunub.  İki il sonra, 1976-cı ildə Azər.KP MK-nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunub.
1988-ci ildə SSRİ prezidenti Qorbaçovun Azərbaycana Əbdürrəhman Vəzirovun timsalında təyin etdiyi yeni rəhbərlik ölkədə kadr dəyişikikləri edib. Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına gəlib. 1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyib.
1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev 1994-cü ilin fevralında Ramiz Mehdiyevi Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edib.
Həqiqi dövlət müşaviridir.






Fikirlər