İcra başçısı Arif Seyidovun çoxmilyonluq varidatı üzə çıxdı: Bahalı avtomobillər, poliklinika, mehmanxana, MMC-lər...

Tanınmış araşdırmaçı-jurnalist Həbib Müntəzir ölkə başçısı İlham Əliyev tərəfindən vəzifəsindən uazqlaşdırılan Göygölün icra başçısı Arif Seyidovun ailə sərvətinin siyahısını paylaşıb.
Bildirib ki, Arif Seyidov həbs edilən Vilyam Hacıyevin yerlisi və ən yaxın dostudur.
14 ildir Göygölə başçılıq edən Arif Seyidov 63 yaşındadır və bahalı mülklər, hektarlarla torpaq və örüş sahələri, mal-qara ferması, apteki , Göygöl şəhərində villa və dəbdəbəli bağ evi, həmin şəhərdə 5 mənzili, restoranı, çay evləri, iri gölləri, poliklinika binası, mehmanxanası, uşaq baxçası, son model bahalı avtomobilləri, MMC-ləri, obyektləri, Bakıda da mənzilləri və çoxsaylı varidatı var.
Həmin uzun siyahını sizə təqdim edirik:
Göygöl şəhəri, Hummel, ev 69A ünvanında mənzil
Göygöl şəhəri, Səbuhi Hacıyev, ev 112 ünvanında mənzil
Göygöl rayonu, Aşıqlı kəndində villa,
Göygöl rayonu, Toğanalı kəndində dəbdəbəli bağ evi
Göygöl rayonu, Aşıqlı kəndində daha bir mənzil
Gəncənin Hacıkənd kəndində mənzil
Göygöl rayonu, Mixaylovka kəndində növbəti mənzil
Göygöl rayonunda qardaşı Maarifin idarə etdiyi mal-qara ferması
Göygöl xəstəxanasının qarşısında olan aptek
Göygöl, Topal Həsənli kəndində “Qala Dibi” restoranı
Göygöl rayonunda Məkan çay evi,
Göygöl rayonunda Elit çay evi,
Daşkəsəndə və Göygöldə torpaq sahələri və yaylaq yerləri.
Gəncə çayı hövzəsində üç iri gölü
Qardaşına və özünə məxsus mal-qara fermaları
Göygöldə olan Əminə marketin şərikliyi
Köhnə Koroğlu mehmanxanası.
Göygöl şəhəri köhnə poliklinika binası
Göygöl şəhəri köhnə uşaq bağçası
Göygöl şəhəri köhnə evlər idarəsi
Azyaşlı oğlu Samirin sürdüyü Mercedes-Benz Geländewagen (010)
25-BD-005 dövlət nişanlı Niva markalı maşın
BMW markalı avtomobil
Qardaşı Maarifin adına “Bulaq” Sahibkar Müəssisəsi MMC
Aşıqlı kəndində 2 hektardan artıq fərdi ev tikintisi üçün torpaq sahəsi
Şəhərin özündə yaxın qohumlarının əldə etdiyi 50-dən artıq torpaq sahələri
Aşıqlı, Mixaylovka və Toğanalı hektarlarla torpaq sahələri, iaşə obyektləri və mənzilləri mövcuddur.
Oğlu Sabir Seyidov DİN-in inzibati xətalar üzrə inspektorudur. Bakıda mənzil və mülkləri var.
Həbib Müntəzir bildirir ki,  adlarını yazdığı siyahıdakılar hələ ona məlum olanlardır.
Müəllif əlavə edir ki, İcra başçısı Arif Seyidov 2017-ci ildə 2-ci dərəcəli “ Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. /Gununsesi.org/






Fikirlər