Nazir olma sevdasına düşən icra başçısı – Yaxın çevrəsi ilə birgə öz kabinetində ŞAMPAN MƏCLİSİ düzənlədi
Ölkə başçısı İlham Əliyevin sərəncam ilə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edildikdən sonra yeni mədəniyyət nazirinin kim olacağı ilə bağlı ictimayyətdə geniş müzakirələr getməkdədir. Sənət adamları bu vəzifədə görmək istədikləri müxtəlif mədəniyyət adamlarının adlarını dilə gətirirlər. Gununsesi.org xəbər verir ki, Mədəniyyət Naziri postuna Səbail rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Zeynalovun da iddialı olduğu bildirilir. Məlumata görə Əbulfəz Qarayev nazir vəzifəsindən azad edildiyi gün V.Zeynalov kabinetində mini banket keçirib özünün nazir təyin ediləcəyini qeyd edib, şampan partladıb. Başçının kabinetində keçirdiyi kiçik ziyafətdə Səbail rayon Bələdiyyəsinin sədri Hac Əliyev və digər yaxın çevrəsinin iştirak etdiyi bildirilir. Qeyd edək ki,Vüqar Zeynalov 2018-ci il də dövlət başçısı İlham Əliyevin sərəncam ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə başçı təyin edilib. O, əvvələr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə işləyib. Səbail rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işlədiyi iki ilə yaxın zaman boyunca Vüqar Zeynalovun rayon sakinlərinin narazalıqına səbəb olan xeyli yarıtmaz əməlləri olmuş ,mətbuatda onun haqqında xeyli tənqidi məqalələr dərc edilmişdir. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun onu dəfələrlə tənbeh etdiyi bildirilir. “Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları Qarabağ qazisi, şəhid ailəsinin evini başına uçurub. Bu haqda zərərçəkən dağıdılmış yarımtikilidə şikayət xarakterli video çəkərək məsələni ictimailəşdirib. Ad və soyadını bildirməyən qazi, qardaşının Qarabağ uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu, özünün isə 3 il savaşda iştirak etdiyini söyləyib: “Şəhid ailələrinə verilən 11 min manatla Səbail rayonunda ev tikirdim. Bu evi tikmək üçün üçün İcra nümayəndələri məndən 1000 manat pul istədi, verdim. Sonra gəlib 2 min manat da tələb etdilər. Pul ala bilmədikdə isə evimi başıma uçurdular”. Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az”a söyləyib ki, "Səbail rayon İcra Hakimiyyəti vicdansızlıq edib”: Bu Vüqar Zeynalovun Səbail rayonuna rəhbərlik etdiyi dövrdə mətbu orqanlarda vətəndaşların narazılıqını əks etdirən onlarla məqalədən birinin bir parçasıdır. Ən qısa zamanda rəhbərlik etdiyi rayonun sakinləri tərəfindən bu qədər şikayyətləri qəbul edən bir məmurun nazir olmaq sevdasına düşməsi həm təccüblüdir, həm gülməli , həm də təhlükəli… /Gununsesi.org/