"Əslində bütün dünya ölkələrində bu işə nəzarəti Səhiyyə Nazirliyi həyata keçirir".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə Səhiyyə Nazirliyinin bölüşdürə bilmədiyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinı görə baş verən narazılıqdan danışarkən deyib.
Professor bu səlahiyyətin Səhiyyə Nazirliyinə verilməsinin tərəfdarı olduğunu deyib:
"Bu, Baş nazirin qərarıdır və səlahiyyət bölgüsü aparılır. Yaxşı olardı ki, bu işlər bütövlükdə Səhiyyə Nazirliyinə həvalə edilsin. Səhiyyə Nazirliyi Azərbaycanın səhiyyə siyasətini aparan əsas qurumdur. Uzun illərdən bəri ölkənin sanitar epidemioloji durumuna daha yaxşı bələddir. Amma bu yaranmış vəziyyətdə hələlik ambulator xidmət ayrılıb, Səhiyyə Nazirliyinə verilib. Burada konkret olaraq səlahiyyət bölgüsü yaradılıb, hər kəs öz işinə məsuliyyət daşıyır, vəssalam".
Adil Qeybulla TƏBİB-in yeni yaradılan bir orqan olduğunu xatırladıb:
"Əslində bütün dünya ölkələrində bu işə nəzarəti Səhiyyə Nazirliyi həyata keçirir. Bizdə nəyə görə fərqli olmalıdır? Bu səlahiyyət Səhiyyə Nazirliyinə aiddir".
Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti Tibbi Ərazi Bölmələrini Iİdarəetmə Birliyindən (TƏBİB) alınaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Buna görə nazirlə sədr arasında narazılıq yaranıb.
Fikirlər