ELDAR HƏSƏNOVun vəziyyəti getdikcə PİSLƏŞİR - Qardaşı DANIŞDI...
Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun səhhəti yenidən pisləşib. "AzerTaym.az" bildirir ki,sözügedən məsələ ilə bağlı sabiq səfirin qardaşı Şahin Həsənov Unikal.org-a açıqlamasında bildirib ki, Eldar Həsənovun sağlıq durumu yaxşı deyil: "Qardaşım Eldar Həsənovun səhhətindəki problemlər şiddətlənib. O, buna görə, bir neçə dərman preparatından istifadə etməyə başlayıb. Yanına sovqat aparanda onun saxlanma şəraiti ilə tanış oldum. Təcridxanada qardaşıma qarşı yaxşı münasibət var. Vəkili onun səhhətindəki problemlərlə bağlı məhkəməyə təqdim etmək üçün müraciət hazırlayır. Çünki qardaşımın vəziyyəti getdikcə pisləşir".