Minsk Qrupu “DƏFN” olunacaq,ABŞ və Fransa qalxacaq, TÜRKİYƏ MASAYA OTUTACAQ!!
Cənubi Qafqaz regionunda geopolitik proseslər artıq həlledici mərhələyə qədəm qoyub. Artıq bir çox məsələlər aydınlaşmağa başlayıb. Və yəqin ki, tezliklə regional situasiyanın əsas iştirakçıları konkret mövqe ilə çıxış etmək məcburiyyətində qalacaqlar. Hazırda isə hələlik Dağlıq Qarabağ uğrunda həllidici savaş gedir. Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü tədricən bərpa etməkdə davam edir. Və hər ötən gün Azərbaycanı tarixi qələbəyə daha da yaxınlaşdırır. Təbii ki, belə vəziyyətdə diplomatiya sahəsində atılan və atılacaq hər bir addım böyük əhəmiyyət daşıyır. Savaşın ilk günlərində bizi yalnız Türkiyə dəstəkləyirdi. Beynəlxalq informasiya məkanında blokada vəziyyətindəydik. Ancaq son günlər bu istiqamətdə də vəziyyət ciddi şəkildə dəyişməyə başlayıb. Belə ki, Azərbaycanın intensiv diplomatik təmasları artıq öz müsbət nəticələrini verməkdədir. İndi artıq dünyanın nüfuzlu dövlətləri və beynəlxalq qurumları nəhayət ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyindən danışmağa başlayıblar. Bu, artıq böyük uğurdur. İndi Azərbaycan savaş meydanında olduğu kimi, beynəlxalq siyasi məkanda da üstünlüyü öz əlinə almağa başlayıb. Heç şübhəsiz ki, bu üstünlüyün qazanılmasında Azərbaycan diplomatiyasının məqsədyönlü addımları ilə yanaşı, Türkiyənin beynəlxalq siyasət məkanında rəsmi Bakıya verdiyi qətiyyətli və birmənalı dəstəyinin də böyük rolu var. Məhz rəsmi Ankaranın bu dəstəyinin və diplomatik fəallığının nəticəsində hazırda Rusiya savaş meydanında baş verənlərə imkan daxilində neytral qalmağa çalışır. Və bu məqam Azərbaycan üçün önəmli faktor rolunu oynayır. MARAQLIDIR Kİ, HAZIRDA RƏSMİ ANKARA İRANIN NEYTRALLAŞDIRILMASI PROSESİNƏ START VERMİŞ KİMİ GÖRÜNÜR. ÇÜNKİ İRAN ERMƏNİSTANIN RUSİYADAN SONRA GÜVƏNDİYİ ƏN ƏNƏMLİ DÖVLƏTLƏRDƏN SAYILIRDI. HƏTTA BİR MÜDDƏT ÖNCƏYƏ QƏDƏR İRAN ƏRAZİSİNDƏN ERMƏNİSTANA SİLAH-SURSAT DAŞINMASI BARƏDƏ İDDİALAR DA VAR İDİ. Ancaq daha sonra İranın müxtəlif hərbi-siyasi dairələri Azərbaycan üçün böyük önəm daşıyan müsbət açıqlamalar verməyə başladılar. Və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyanladılar. Bütün bunları nəzərə aldıqda, Türkiyə prezidenti Rəcəb Tayiib Ərdoğanın İran prezidenti Həsən Ruhaniyə zəng etməsi xüsusi önəm daşıyır. Çünki İran Türkiyə ilə olduğu kimi, Azərbaycanla da qonşu ölkədir. Regiona müəyyən təsir imkanlarına sahibdir. TÜRKİYƏ PREZİDENTİNİN İRANLI HƏMKARI İLƏ TELEFON DANIŞIĞINDA DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNİN DƏ MÜZAKİRƏ EDİLMƏSİ RƏSMİ ANKARANIN BU QONŞU DÖVLƏTDƏN DAHA AÇIQ MÖVQE GÖZLƏMƏSİNİN ƏLAMƏTİDİR. PREZİDENT R.T.ƏRDOĞANIN İRAN PREZİDENTİ H.RUHANİ İLƏ SÖHBƏTİNDƏ” HAQLI İLƏ HAQSIZIN AYIRD EDİLMƏSİNİN VACİBLİYİ”Nİ VURĞULAMASI DA BU BAXIMDAN, DƏYƏRLƏNDİRİLƏ BİLƏR. Belə anlaşılır ki, rəsmi Ankara İranın öz mövqeyini dəqiqləşdirməsində və onu açıq mətnlə bəyan etməsində birbaşa maraqlıdr. Türkiyə rəsmi Tehrana Dağlıq Qarabağ məsələsi ilə bağlı İrandan daha konkret mövqe gəzlədiyinin açıq mesajını verir. Təbii ki, İranın belə bir mövqe ortaya qoyması Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Böyük ehtimalla rəsmi Tehran Türkiyənin bu mesajına həssas yanaşa bilər. Və yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə İranın rəsmi dairələrindən daha açıq mətli konkret mövqenin sərgilənə biləcəyini gözləmək qətiyyən yersiz deyil. Bütün bunlar onu göstərir ki, Türkiyə Cənubi Qafqaz regionu üçün xüsusi söz sahibinə çevrilmiş dövlət statusu qazanıb. Və rəsmi Ankara bu fəaliyyətini daha da intensivləşdirmək niyyətində olduğunu qətiyyən gizlətmir. Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankaranın bu fəallığı Cənubi Qafqazda maraqları olan bəzi supergücləri qətiyyən məmnun etmir. Çünki rəsmi Ankaranın qətiyyətli və birmənalı mövqeyi onların bu regiondakı geopolitik oyunlarını pozur. Ancaq bununla belə, Türkiyənin Cənubi Qafqazdakı fəallığını məhdudlaşdırmaq imkanından məhrum olduqlarını da anlayırlar. Ona görə də rəsmi Ankaranın siyasi iradəsinə qarşı çıxmaqdan daha çox, Türkiyə ilə anlaşmağa üstünlük verirlər. PAŞİNYAN HAKİMİYYƏTİNİN VƏZİYYƏTİNİ AĞIRLAŞDIRAN FAKTORLARIN SIRASINDA BU AMİL DƏ ÖNƏMLİ YER TUTUR. ÇÜNKİ RƏSMİ ANKARANIN CƏNUBİ QAFQAZDA FƏALLAŞMASI REGİONUNDA MARAQLARI OLAN DİGƏR SUPERGÜCLƏRİ DAHA EHTİYATLI DAVRANMAĞA MƏCBUR EDİR VƏ BƏZİ ÖNƏMLİ GEOSİYASİ FAKTORLARA MÜNASİBƏTDƏ TƏRƏDDÜDLÜ MÖCQEYƏ SÖVQ EDİR. VƏ BUNUNLA DA ERMƏNİSTAN ƏTRAFINDA ÇƏNBƏR DARALIR, PAŞİNYAN HAKİMİYYƏTİNİN BARBAR HƏRBİ-SİYASİ OYUNLARINI BOŞA ÇIXARIR. Digər tərəfdən, bəzi supergüclər artıq Türkiyənin həm yenidən dizayn edilməkdə olan Cənubi Qafqazın gələcək taleyində, həm də ümumiyyətlə, yeni dünya düzəninin şəkilləndirilməsində həlledici söz sahiblərindən biri olacağını qəbul etməyə başlayıblar. Bu səbəbdən də onlardan bəziləri Türkiyəni əngəlləməyə, bəziləri isə öz maraqlarına da uyğun olduğu üçün əməkdaşlıq etməyə üstünlük verirlər. Və bu baxımdan, Cənubi Qafqaz üçün həlledici mərhələnin artıq start götürdüyü qətiyyən şübhə doğurmamalıdır. Təbii ki, bu mərhələdə Rusiyanın mövqeyi də olduqca böyük əhəmiyyət önəm daşıyır. Çünki bu region Kremlin də strateji maraqları çərçivəsində yer alır. MARAQLIDIR Kİ, SON VAXTLARA QƏDƏR BİR ÇOXLARI CƏNUBİ QAFQAZIN RUSİYA VƏ TÜRKİYƏ ARASINDA “NİFAQ ALMASI”NA ÇEVRİLƏCƏYİNİ, BU İKİ SUPERDÖVLƏTİN BU REGİONDA QARŞIDURMADAN YAYINA BİLMƏYƏCƏYİNİ İDDİA EDİRDİLƏR. ANCAQ ONLARIN BU İDDİALARI ÖZÜNÜ QƏTİYYƏN ÖZÜNÜ DOĞRULTMADI, ƏKSİNƏ, HAMISI PUÇA ÇIXDI. Məsələ ondadır ki, Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarında Kremlin Türkiyəyə münasibətinin tamamilə fərqli məzmun və keyfiyyətdə olduğunu birmənalı şəkildə təsdiqləndi. Belə ki, Kremlin Türkiyə ilə daha sıx tərəfdaşlıq münasibətlərində ciddi şəkildə maraqlı olduğu dəqiqləşdi. Hər halda, Rusiya prezidenti Vladimir Putin bir çoxlarının gözlədiyini əksinə olaraq, Türkiyənin və onun prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında bir kəlmə belə, xoşagəlməz ifadə dilə gətirməsi. Əksinə, Kreml sahibi bəzi məsələlərə münasibətdə fikir ayrılıqları olsa da, Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğanın etibarlı tərəfdaş olduğunu xüsusi olaraq, vurğuladı: “Türkiyə önəmli tərəfdaşımızdır. Bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə əməkdaşlıq həm məmnunedici, həm də etibarlıdır. O, S-400 almaq istədiklərini dedi və aldı. Halbuki Türkiyəyə qarşı olduqca güclü xarici təzyiqlər var idi’. BU, MƏZMUNCA BÖYÜK ÖNƏM DAŞIYAN AÇIQLANDIR. ÇÜNKİ KREML SAHİBİ RUSİYANIN TÜRKİYƏYƏ GÜVƏNDİYİNİ, ONUN PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞANIN SÖZLƏRİNƏ ETİBAR ETDİYİNİ QƏTİYYƏN GİZLƏTMİR. BU HƏM DƏ ÜSTÜÖRTÜLÜ ŞƏKİLDƏ KREMLİN ERMƏNİSTANA GÜVƏNMƏDİYİNİN İFADƏSİ KİMİ DƏ ANLAŞILA BİLƏR. YƏNİ KREMLİN ERMƏNİSTANA GÖRƏ TÜRKİYƏ İLƏ TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİNDƏN VAZ KEÇMƏK NİYYƏTİ YOXDUR. Onu da qeyd etmək lazımdır ki, Türkiyə və Rusiya hazırda beynəlxalq məkanda demək olar, eyni rəqiblərlə üz-üzə qalıblar. Hər iki dövlətin bu rəqiblərə qarşı ortaq hərəkət etməsi onlar üçün daha sərfəlidir. Eyni zamanda, Türkiyə Rusiya ilə hərbi-ticari əməkdaşlığı davam etdirmək niyyətindədir və bu, Rusiyanın maraqlarına tamamilə cavab verir. Çünki bu əməkdaşlıq Rusiyaya onmilyardlarla dollar gəlir vəd edir. MƏSƏLƏ ONDADIR Kİ, TÜRKİYƏ ORDUSUNUN YENİ NƏSİL HƏRBİ TƏYYARƏLƏRƏ EHTİYACI VAR. VAXTİLƏ RƏSMİ ANKARA BU EHTİYACI ABŞ-DAN F-35 TƏYYARƏLƏRİ ALMAQLA ÖDƏMƏYƏ HAZIRLAŞIRDI. ANCAQ AĞ EV TÜRKİYƏNİN RUSİYADAN S-400 RAKET KOMPLEKSLƏRİ ALMASINA ETİRAZ OLARAQ, HƏTTA PULUNUN BELƏ, ƏVVƏLCƏDƏN ÖDƏNDİYİ MÜQAVİLƏNİ BİRTƏRƏFLİ QAYDADA POZDU. Nəticədə rəsmi Ankara Türkiyənin Rusiyadan Su-57 savaş təyyarələrinin alınması barədə düşünəcəyini bəyanladı. Və bu, Kreml üçün Rusiyanın indiki ağır maliyyə-iqtisadi durumunda olduqca ümidverici açıqlamadır. Göründüyü kimi, Rusiya və Türkiyə arasında qarşıdurmadan daha çox, məhz tərəfdaşlığa yol aça biləcək maraqlar var. Bu isə hər iki supergücün danışıqlar masası arxasında bir-birini daha yaxşı başa düşə biləcəyinin önəmli əlamətidir. ƏSLİNDƏ, RUSİYA PREZİDENTİ VLADİMİR PUTİN SON AÇIQLAMASINDA BELƏ BİR EHTİMALI QƏTİYYƏN İSTİSNA ETMƏYİB. O, BİLDİRİB Kİ, MİNSK QRUPU HƏMSƏDRLƏRİ İLƏ BAĞLI SÜLH DANIŞIQLARININ FORMATI DƏYİŞDİRİLƏ BİLƏR. BU İSƏ KREMLİN TÜRKİYƏNİ DANIŞIQLAR MASASINDA GÖRMƏKDƏN NARAHAT OLMADIĞI ANLAMINA GƏLİR. Onu da qeyd edək ki, ABŞ, Fransa və Ermənistanın Türkiyənin danışıqlar masasına oturmasına razılı verəcəyi qətiyyən inandırıcı deyil. Halbuki, Türkiyəni danışıqlar masasından kənarda tutmağın da artıq mümkün olmayacağı inkaredilməz reallıqdır. Bu baxımdan, ehtimal etmək olar ki, həmsədrlərin dövranı artıq bitib və yaxın vaxtlarda Minsk Qrupu “dəfn” olunacaq. Yəni iki dövlət – ABŞ və Fransa masadan qaldırılacaq, onların əvəzinə Türkiyə o masaya oturacaq. Belə ki, sülh danışıqları yeni formatda – Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında davam etdiriləcək. Bu isə Dağlıq Qarabağ probleminin birdəfəlik həll olunması üçün ən real və effektiv formatdır. Elçin XALİDBƏYLİ,Rusiya üçün Türkiyə önəmli hərbi-ticari və siyasi tərəfdaşdır… Hər iki superdövlətin ortaq beynəlxalq rəqibləri və önəmli maraqları var… Kremlin Ermənistan ucbatından Türkiyə kimi əhəmiyyətli hərbi-siyasi tərəfdaşla münasibətləri korlamağa həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil…
Siyasi ekspert,