“Paşinyan, arvadına de, ağlını başına yığsın!“ - Aybəniz Haşımova

“Paşinyan, arvadına de, ağlını başına yığsın!“ - Aybəniz Haşımova

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan döyüşə hazırlaşır. Erməni mətbuatının yaydığı məlumata görə, A.Akopyan 13 nəfər qadınla birlikdə təlimlərə başlayır.

 Bu barədə yazan Əməkdar artist Aybəniz Haşımova Akopyana ağlını başına yığmağı məsləhət görüb:

“Paşinyanın arvadı Anna Akopyan deyir ki, sabahdan 13 qadından ibarət dəstə ilə məşqə başlayıb, bir neçə günə sərhədlərimizi düşməndən qorumağa gedirik. Deyib ki, vətənimizi düşmənə təslim edə bilmərik. Bunlar xəstədirlər, dəlidirlər nədilər? Ay qiçlər, ay xevlər, siz hələ indiyədək başa düşmədiniz ki, nə qədər türk oğlu var və doğulur, siz bizim torpaqlara yiyələnə bilməzsiniz?! N.Paşinyan, arvadına denən ağlını başına yığsın və özünü güldürməsin. Analar qan yatırdar, qan tökməz! Bu şəkilə diqqətlə bax, Paşinyan, bu, Xocalıda öldürtdüyün körpələrin qisasını səndən və sənin daşnaklarından alacaq oğulların yeni nəslidir. Nə qədər ki, bu oğullarımız var, Azərbaycan var olacaq!”

Qeyd edək ki, əvvəl yaşlılara, daha sonra uşaqlara silah verən aciz Ermənistan ordusu bu dəfə qadınlarını cəbhəyə göndərib. /Yenisabah.az






Fikirlər