Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim AZADLIĞA BURAXILDI...
Orduya dəstək yürüşündə ictimai əsayişi pozmaqda ittiham edilərək həbs olunan 22 nəfər ev dustaqlığına buraxılıb. "AzerTaym.az" qafqazinfoya istinadən bildirir ki, onlar barəsində seçilmiş həbs qətimkan tədbiri prokurorluğun vəsatəti əsasında məhkəmə tərəfindən ev dustaqlığına əvəz edilib. Azadlığa buraxılanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də var. Ev dustaqlığına buraxılan AXCP üzvlərinin ümumi sayı 12-dir: Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşviq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev, Seymur Əhmədov. Xatırladaq ki, onlar iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək yürüşündə ictimai qaydanı pozmaqda ittiham olunurdu. Tutulanlar haqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barəsində cinayət işi açılmış və məhkəməyə göndərilmişdi.