Mutant virusun təhlükəsi: Artıq nəzarətdən çıxdı…

Mutant virusun təhlükəsi: Artıq nəzarətdən çıxdı… 

İngiltərə Səhiyyə Naziri Mettyu Henkokun koronavirusun mutasiyaya uğraması barədə açıqlamaları bütün dünyada təşvişlə qarşılandı. İngiltərənin ardınca daha 4 ölkədən – Hollandiya, Danimarka, Belçika ve Avstraliyadan da mutasiya keçirmiş koronavirus yoluxması ilə əlaqədar xəbərlər gəldi. Eyni zamanda Cənubi Afrika Respublikası rəsmiləri də ölkədə yeni tipli koronavirus yoluxması ilə qarşılaşdıqlarını bildiriblər. 

Dünyanın bir çox ölkələri ən azı yeni ilə qədər yeni koronavirus növünün təsbit edildiyi həmin coğrafiyalara təyyarə uçuşlarını dayandırdılar.

Bir çox mütəxəssislər isə koronavirus mutasiyasını açıqlayan dövlətlərə səyahət qadağası gətirməklə “əsrin vəbası”nın qarşısının alına biləcəyinə inanmırlar. Corc Meyson Universitetinin Sistem Biologiya Fakültəsinin professoru, bioloq Anç Baranovanın fikrincə, koronavirus bəlkə də başqa ölkələrdə də mutasiyaya uğrayıb. Fəqət onlarda tibb İngiltərə və ya Hollandadakı qədər inkişaf etmədiyindən bunu aşkarlamış olmaya bilərlər. Dolayısıyla, İngiltərə və digər ölkələrə səyahətləri məhdudlaşdırmaqla bu yoluxmanın qarşısını kəsmək o qədər də inandırıcı görünmür.

İngiltərədə bu virus ilk dəfə sentyabr ayında təsbit edilib. Noyabrda artıq ölkədə koronavirus yoluxanların 1/3-ü, dekabrda isə 2/3-i yeni tipin daşıyıcısı olub. Bu fakt COVİD-19-un yeni tipinin daha yoluxduruculuğundan xəbər verir. İlgiltərə rəsmilərinin açılamasına görə, yeni COVİD-19 tipinin yoluxdurma sürəti klassik növdən 70% daha çoxdur. Ölkənin səhiyyə naziri Matt Hankok onu da etiraf edib ki, mutant virus artıq nəzarətdən çıxıb. Yoluxub-yoluxmamasından asılı olmayaraq “hər kəs virusu daşıyırmış kimi davranmalıdır” deyən İngilis nazir vəziyyətin ciddiliyinə diqqət çəkərək qaydalara ciddi riayət etməyə çağırıb.

Bəzi mütəxəssislər yayılma sürətinin iti olması səbəbindən mutant COVİD-19-un daha az öldürücülüyünə inanırlar. Rəsmi açıqlamalar isə bunu təsdiqləmir. Bir qədər əvvəl Dünya Səhiyyət Təşkilatının yaydığı məlumatlara görə, mutant COVİD-19-un daha ağır xəstəliklərə və ölümə yol açdığına dair hələ ki, dəqiq informasiya yoxdur.

Almaniya Səhiyyə naziri Jens Spahn mətbuata verdiyi açıqlamada İngiltərədə kəşf edilən və çox sürətlə yayılmağa başlayan yeni mutasiyaya uğramış Covid-19 virusunun peyvənd üzərində heç bir təsiri olmadığını bildirdi. Virus mutasiyasının onu daha çox narahat etdiyini söyləyən Spahn, “Əgər bu fərziyyə doğrudursa, bu mutasiya olunan virus 70%-ə qədər əhəmiyyətli dərəcədə daha yoluxucu olur, təbii ki, daha sürətli yayılır.”

 

Virusların mutasiya etməsinin əsas etibarilə normal olduğunu vurğulayan Spahn deyib ki, Robert Koch İnstitutu (RKI) və Avropa səlahiyyətlilərinin bugünkü məlumatına görə, bu mutasiyanın peyvənd prosesi üzərində heç bir təsiri yoxdur. Bunun çox yaxşı bir xəbər olduğunu ifadə edən Spahn bildirib: “Bu, peyvəndin mutasiyaya uğramış növlərə qarşı təsirli olması deməkdir”. \Ovqat.com

 






Fikirlər