PREZİDENTİN Xankəndi ilə bağlı fərmanının şifrələri - TƏHLİL...

Prezidentin Xankəndi ilə bağlı fərmanının şifrələri - TƏHLİL

Prezident İlham Əliyev Əliyev Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmən bitirən fərmanı niyə bu gün imzaladı?

Birincisi, Moskvada Putin-Paşinyan görüşü keçirilən vaxt Bakının Qarabağa dair mövqeyini rəsmi sənədlə təsdiqlədi və bununla Qarabağla bağlı mümkün “yeni təklifləri və istəkləri” sıradan çıxardı;
İkincisi, dünən Qarabağda qanunsuz erməni silahlı birləşmələrin Ağdam istiqamətində atəş açmasından sonra atacağı cavab addımlarını rəsmiləşdirdi;

Bakı Qarabağda açılan atəşlə bağlı yaydığı informasiyada açıq mesajını vermişdi:

- Rus sülhməramlıları atəşkəsə nəzarət edə bilmir;
- Qanunsuz erməni hərbi birləşmələri üçtərəfli razılaşmaya uyğun bölgədən çıxarılmalıdır;

Prezident bu informasiya mesajından bir gün sonra imzaladığı fərmanla “Azərbaycan sərhədləri daxilində qanunsuz hərbi birləşmələrə icazə verilməyəcək” mesajını verdi;

Nələr gözlənilir?

1. Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin – erməni qoşunların çıxarılması – qısa zamanda icrasını və separatçı rejimin təmizlənməsini tələb edəcək;
2. Moskva və İrəvana alternativ variantın anti-terror əməliyyatı olduğunu başa salmaq üçün müəyyən addımlar atılacaq: kiçikçaplı əməliyyatlar mümkündür;
3. Ağdamda yerləşən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi gündəmə gələcək: məqsəd türk hərbçilərin sülh yaratma prosesində iştirakını artırmaqdır və buna zəmin yaradacaq proseslərin şahidi ola biləcəyik;

Asif Nərimanlı

 






Fikirlər