AKP nümayəndə heyəti Şəhidlər və Fəxri xiyabanı ZİYARƏT etdi

AKP nümayəndə heyəti Şəhidlər və Fəxri xiyabanı ziyarət etdi

 

Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Türk şəhidliyini ziyarət edib.

"Qafqazinfo" xəbər verir ki, qonaqlar ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub. Nümayəndələr həmçinin oftalmoloq alim Zərifə Əliyevanın da məzarını ziyarət edib, qəbri üstünə güllər düzüblər.

Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Şəhidlər Xiyabanına gəlib. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib.

 






Fikirlər