“Bir aya Xankəndidə bir erməni də qalmayacaq” – Rəsul Quliyev

“Bir aya Xankəndidə bir erməni də qalmayacaq” – Rəsul Quliyev

“Ermənistan və Azərbaycan informasiya vasitələri hər gün sərhəd rayonlarının əks tərəfdən atəşə tutulduğu barədə yazır. Konkret obyektən çox havaya atılan bu atəşlərin mənası nədir? Nə üçün belə bir ağılsız proses baş verir?”

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks spikeri Rəsul Quliyev deyib. Onun fikrincə bu qeyri məlum istiqamətdə atılmış gülləri Ermənistan başlayır. Ancaq səbəbini bilmək mümkün deyil: 

“Ermənistanın baş naziri komandası ilə birlikdə ən ağıllı siyasi qüvvədir. Erməni xalqı bu siyasi qüvvəni dəstəklədiyini seçkidə göstərdi. Seçki kampaniyası vaxtı baş nazir Paşinyan bir neçə dəfə Azərbaycanla müqavilə bağlamağın zəruriliyindən danışdı və Türkiyə ilə düşmənçiliyə son qoymağın vaxtının çatdığını qeyd etdi. Mən əminəm ki, həmişə qorxu içərisində yaşayan ermənilərin Paşinyan və onun komandasına çox səs verməsinin səbəblərindən biridə onun Türkiyə və Azərbaycanla əlaqədar etdiyi bəyanatlardır. 

İndi seçkilər qurtarıb, Paşinyan Türkiyə-Azərbaycan müqavilələrini yaddan çıxarıb naməlum istiqamətlərdə atəşlər açır. Doğrusu mən mətbuatın yazmasından fərqli olaraq Paşinyan və onun komandası tərəfindən revanşist şüarlar eşitməmişəm. 

Realığa baxsaq Ermənistanın yaxın illərdə məsələn 7-8 il ərzində Azərbaycanla müharibə aparmağa şansı və imkanı yoxdur. Bu gün Azərbaycan ordusu ən azı Ermənistan ordusundan 5 dəfə güclüdür. Əsgərlərin əhval ruhiyyəsi Azərbaycanda 5 dəfədən də artıqdır. 18 min kvadrat kilometrlik ərazini 44 günə azad edən Azərbaycan ordusu hərbi fəaliyyətini, müharibə etmək təcrübəsini dəfələrlə yüksəldib. 2 istiqamətdən hucuma məruz qalacaq Ermənistanın kaputilasiya aktına qol çəkməsi heç 30 gün belə çəkməz. 

RF-nın Ermənistan və Qarabağda yerləşmiş ordusu heç bir müqavimət göstərməyə cəhd belə etməyəcək. RF-nın Türkiyə ətrafında o cümlədən Ermənistanda yerləşdirilmiş bazaları bir həftəyə məhv edilə bilər. İran Ermənistana heç bir kömək edə bilməz. ABŞ, Avropa ən əsası İsrail İranın belə bir addım atmasını çoxdan arzu edir. Onlara İranın nüvə obyektləri, siyasi liderin yaşadığı Qum şəhərini, televiziya qülləsi və sair obyektləri bir gün ərzində darmadağın edər.

Bu yazdıqlarımı ermənilər və onların yenidən seçilmiş liderləri bu yazdıqlarını çox yaxşı bilirlər. Ancaq yalandan havaya atəş açmağı bəzi axmaqların revanşist şüarlarının qarşısını ala bilmir. Bu revanşistlərin arxasında dayanan qüvvə Paşinyan administrasiyasından daha güclüdür. Ancaq düşdükləri vəziyyətdən özləri çıxmağa cəhd etməlidirlər.

Bu gün ruslar Xankəndinə zorla gətirdikləri erməniləri oradan qaçmağa qoymurlar. Buna baxmayaraq gündə ən azı 100 adam müxtəlif bəhanələrlə əvvəl Ermənistana qayıdır, sonra oradan başq ölkələrə qaçırlar. Xankəndi ermənilərinin qaçmasının qarşısını ruslar zorla almasa bir aya orada bir ermənidə qalmayacaq. 

Türkiyə və Azərbaycanla əlaqələri normal vəziyyətə gətirməsə yaxın 15-20 ilə Ermənistanda boşalacaq. Ermənistan vəziyyətin mənim yazdığım kimi inkişaf edəcəyinə şübhə etməməlidir. 650-ci ildən 1918-ci ilə qədər heç bir erməni müxtar vilayəti belə olmayıb. Azərbaycan isə 2 min əvvəldən midiyalılardan başlayaraq, Sasanilər, Səlcuqlar, Xətailər, Nadirlər, Qacarlar kimi həmişə olub. 1812-ci ildə Rusiyanın İrana qarşı müharibəsində Azərbaycanda dövlət səviyyəsində 10-a yaxın xanlıq var idi. 1823-cü ildə Azərbaycan müstəqilliyini itirib Rusiyanın quberniyalarına çevrildi.

Ancaq 90 il sonra yenidən Azərbaycan bərpa olundu. Hətta torpaqlarının bir hissəsini olmayan ermənilərə verib onlara dövlət yaratdı. İndi Qoqolun Taras Bulbasındakı kimi mən səni yaratdım (oğluna deyir) mən də səni məhv edəcəyəm səviyyəsinə gəlib çıxıb. 

Ancaq biz bunu istəmirik. Özləri özlərinə quyu qazırlar. Ordan çıxmaq mümkün olmayacaq. Ermənilər indiki siyasəti ilə heç bir erməni dövlətinin bundan sonra heç vaxt olmayacağına doğru irəliləyirlər. Gedəcəkləri yerlərdə məlumdur. Əsasən Latın Amerikası çox az bir hissəsi Fransa, Belçikaya qaçacaqlar. Bir hissəsi Livan və Amerikaya qaçacaq”.






Fikirlər