ABŞ-ı çökdürməkdə suçlanan Baydenin sonu yaxınlaşır: Qoca Co impiçment təhlükəsi ilə üzləşib

ABŞ-da daha dərin siyasi böhrana yol aça biləcək daxili proseslərə start verilib; Keçmiş prezident Donald Trampın "yuxulu Co" adlandırdığı Ağ Ev sahibinin hakimiyyət karyerası özündən əvvəlki dövlət başçısından daha məyusedici notlar ilə yekunlaşa bilər...

ABŞ-da yenidən siyasi yarana bilər. Hazırda bu superdövlətin siyasi məkanında qarşıdurma meyllərinin intensiv şəkildə artmaqda olduğu müşahidə edilir. Və bunun ABŞ-ı siyasi böhrana doğru aparan siyasi prosesin yalnız başlanğıc mərhələsi olduğu vurğulanır.

Onu da qeyd edək ki, ABŞ-da siyasi böhran artıq o qədər də gözlənilməz və ya qeyri-adi hadisə sayılmır. Hər halda, bu superdövlətin ən yaxın tarixində analoji proses artıq yaşanıb. Və amerikalılar belə situasiyalara demək olar ki, müəyyən mənada, əvvəlcədən hazırdırlar.

Məsələ ondadır, keçmiş prezident Donald Trampın hakimiyyətində iki dəfə siyasi böhran baş verib. Onlardan birincisi prezident D.Trampa qarşı impicment prosesinin işə salınmasından qaynaqlanırdı. Bu proses impicment məsələsinin ABŞ Konqresində müzakirə edilməsinə qədər inkişaf etdirilmişdi. Və "Rusiyanın adamı" kimi xarakterizə olunan prezident D.Tramp çox çətinliklə bu problemdən yayına bilmişdi.

trump-biden-123.PNG (128 KB)

ABŞ-da Tramp administrasiyası dönəmində ikinci siyasi böhran məhz növbəti prezident seçkiləri ərəfəsində və ondan sonra baş vermişdi. Belə ki, prezident D.Tramp seçkilərə cəmisi bir neçə həftə qalmış səsvermə prosesinin təxirə salınmasına yönəlik cəhdlər etmişdi. Nəticədə Bayden tərəfdarları küçə və meydanlara axışıb, iştişaşlar törətmişdilər.

Respublikaçıları və demokratları dəstəkləyən elektorat arasında küçə toqquşmaları baş vermişdi, ABŞ Konqresinə basqın olunmuşdu. Tramp administrasiyası ABŞ paytaxtı Vaşinqton da daxil olmaqla, ölkənin iri şəhərlərinə qoşun yeritmək məcburiyyətində qalmışdı. ABŞ Konqresi Milli Qvardiyanın hərbi hissələri tərəfindən nəzarətə götürülmüşdü.

Bütün bunların davamında isə prezident D.Tramp seçkilərdə məğlub olduğu indiki Ağ Ev sahibi Co Baydenə hakimiyyəti ötürməkdən imtina etmişdi. Onun əsas arqumenti seçkilərin onlayn səsvermə metoduyla Co Baydenin xeyrinə saxtalaşdırılması ilə bağlı idi. Və yenə də siyasi ehtiraslar küçə toqquşmalarına qədər inkişaf etdiyindən Tramp administrasiyası mövcud situasiya ilə barışmaq məcburiyyətində qalmışdı.

Maraqlıdır ki, hazırda prezident Co Bayden də böyük sürətlə keçmiş Ağ Ev sahibinin taleyini yaşamağa doğru irəliləyir. Halbuki, prezident Co Baydenin taleyi D.Trampdan daha da ağır ola bilər. Və onun öz səlahiyyət müddətinin sonuna qədər hakimiyyətdə qala biləcəyinə olan şübhələr hər ötən gün daha da artır.

abs-herbci-vasinqton.jpg (45 KB)

Məsələ ondadır ki, prezident Co Baydenin Ağ Evdə məskunlaşmasından heç bir il belə, etməyib. Ancaq prezident Co Baydenin hakimiyyəti dövründə ABŞ ciddi beynəlxalq problemlər ilə üzləşməkdə davam edir. Halbuki, o, amerikalılara ABŞ-ın Tramp administrasiyası dönəmində itirilmiş beynəlxalq mövqelərini geri qaytaracağını vəd etmişdi.

Əksinə, "ABŞ beynəlxalq səhnəyə qayıdır" şüarı ilə hakimiyyətə gələn prezident Co Bayden Ağ Evin mövqelərini daha zəiflədib. Və beynəlxalq siyasət məkanında demək olar ki, heç bir uğur qazana bilməyib.

Prezident Co Bayden beynəlxalq məkanda ilk "hücum əməliyyatı"nı məhz Türkiyə üzərində sınaqdan çıxartmağa çalışmışdı. Türkiyənin Rusiyadan aldığı "S-400" raketlərini bəhanə edən prezident Co Bayden ilk iş olaraq, rəsmi Ankaraya qarşı sanksiyalar tətbiq etdi. Bir müddət sonra isə qondarma "erməni soyqırımı"nı rəsmən tanımaqla, tarixi qalmaqala imza atdı.

Ancaq bütün bunlar Ağ Evə ümid bəslədiyi nəticələri vermədi. Çünki rəsmi Ankara Bayden administrasiyasının Türkiyə əleyhinə addımlarını ciddiyə almadı. Və nəticədə Bayden administrasiyasının "Türkiyə əməliyyatı" uğursuzluğa uğramış oldu.

abs-400-8baq_cover.jpg (186 KB)

Ancaq Bayden administrasiyasını sırada növbəti uğursuzluq gözləyirdi. Belə ki, prezident Co Bayden Rusiya lideri Vladimir Putin ilə girdiyi qarşıdurmadan da siyasi itkilər ilə ayrıldı. Kreml sahibini "qatıl" adlandırıb, bütün dünyanı təəccübləndirən qoca Co Kreml sahibinin səbrli və təmkinli davranışları ilə məğlub duruma düşdü.

Rusiyaya qarşı NATO üzərindən hərbi təhdid siyasəti isə son nəticədə ABŞ-ın özünün əleyhinə çevrildi. Çünki Ukrayna coğrafi məkanda hərbi-siyasi qarşıdurma Rusiyanın psixoloji üstünlüyü ilə nəticələndi. ABŞ və NATO Rusiyanın hərbi manevrləri qarşısında aciz duruma düşərək, Ukraynadan geri çəkildi. Və bununla da prezident Co Baydenin ABŞ-ı şəriksiz dünya hegemonluğu hədəfindən daha da uzaqlaşdırmış oldu.

Təbii ki, bütün bunlar ABŞ-da prezident Co Baydenə qarşı narazılığı artırmaya bilməzdi. Xüsusilə də, yenidən hakimiyyətə dönməyi qarşısına əsas məqsəd qoyduğunu gizlətməyən keçmiş prezident D.Tramp ABŞ-ın gələcəyini xilas etmək üçün Bayden administrasiyasının istefaya göndərilməsinin yeganə çıxış yolu olduğunu iddia edir. Onun fikrincə, amerikalılar bu məsələdə mümkün qədər tələsməlidirlər. Əks halda, ABŞ ümumiyyətlə, mövcudluq şanslarını tamamilə itirə bilər.

 

Ancaq qoca Co öz siyasi rəqiblərini "mükafatlandırmaqda" israrlı görünür. Onun atdığı hər addım siyasi rəqiblərinə Ağ Evi sərt şəkildə tənqid etməyə əlavə imkanlar açır. Və bu baxımdan, Bayden administrasiyasının əleyhdarları müəyyən mənada, məmnun görünürlər.

Regiment_2170901k.jpg (98 KB)

Hər halda, onlar ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasından məmnun olmasalar da, bu səbəbdən Bayden administrasiyasını küncə sıxışdırmaq imkanı qazanıblar. Hazırda bu addım ABŞ-ın beynəlxalq məkanda öz hegemon mövqeyini tamamilə itirməsi ilə bağlı prosesin başlanğıcı kimi xarakterizə olunur. Və prezident Co Baydenin hakimiyyətdən kənarlaşdırılması bu təhlükədən yeganə yayınma yolu hesab edilir.

Maraqlıdır ki, artıq bu istiqamətdə ilk addımların atılmasına da başlanılıb. Belə ki, prezident Co Baydenə qarşı impicment tətbiq olunması barədə bəyannamə hazırlanıb. İlk olaraq, 12 konqresmen tərəfindən imzalanmış bəyannaməni dəstələyənlərin sıraları isə sürətlə genişlənir.

Düzdür, Bayden administrasiyası Əfqanıstandan qoşunların çıxarılmasını prezident D.Tramp tərəfindən Taliban hərəkatı ilə imzalanan müqavilə üzərindən izah etməyə çalışır. Ancaq hazırda bu izahata fikir verənlərin sayı o qədər də çox deyil. Çünki amerikalılar son nəticəyə daha çox önəm verirlər.

Hazırda əsas iddialar ondan ibarətdir ki, Bayden administrasiyası ABŞ-ı böyük fəlakətlərə sürükləyir. Əgər, belə davam edərsə, ABŞ beynəlxalq siyasi məkanda öz təsir gücünü tamamilə itirə bilər.

upload-AP21238796992257-pic_32ratio_900x600-900x600-86897.jpg (75 KB)

Ağ Ev sahibinin impicmentini tələb edənlər prezident Co Baydenə Ali Baş Komandan kimi güvənmədiklərini qabardırlar. Onların fikrincə, qoca Co ABŞ ordusuna və ümumiyyətlə, ölkəyə rəhbərlik etmək iqtidarında deyil. Xarici ölkələrin liderləri ilə rəsmi görüşlərdə tez-tez oturduğu yerdə yuxulayan prezident Co Baydenin sağlıq durumu ABŞ-ın milli təhlükəsizlik maraqları üçün ciddi problemlərdən biri hesab olunur.

Ona görə də, əleyhdarları ən qısa zaman ərzində prezident Co Baydeni istefaya göndərib, növbədənkənar seçkilərin keçirilməsinə nail olmaq niyyətindədirlər. Onlar bu istiqamətdə öz fəaliyyətlərini daha da intensivləşdirmək məqsədilə bütün imkanların səfərbər olunmasına da başlayıblar. Və bu, ABŞ-da yeni, həm də daha dərin siyasi böhranın başlanmaq üzrə olduğundan xəbər verir.

Belə anlaşılır ki, prezident Co Bayden üçün artıq sonun başlanğıcı yaxınlaşır. Ancaq keçmiş prezident D.Trampın "yuxulu Co" adlandırdığı Ağ Ev sahibinin hakimiyyət karyerası özündən əvvəlki dövlət başçısından daha məyusedici notlar ilə yekunlaşa bilər. Çünki onun Ağ Evdə məskunlaşmasından heç bir il keçməyib. Bu isə o deməkdir ki, yaxın vaxtlarda ciddi uğurlar qazana bilməzsə, o, hakimiyyətini ən tez itirən dövlət başçısı kimi də ABŞ tarixinı düşə bilər. Və bütün bunların ABŞ-da daha dərin siyasi böhranın başlanmasına yol aça biləcəyi də qətiyyən istisna deyil. /"Yeni Müsavat" Media Qrupu

 
 






Fikirlər