“Taliban” onun evindən 6,5 milyon dollar tapdı - VİDEO
Əfqanıstanın vitse-prezidenti Əmrullah Salehin Pəncşirdəki evindən 6,5 milyon dollar pul tapılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Taliban” üzvləri pulla yanaşı, evdən müəyyən miqdarda qızıl da aşkarlayıb. Qızılların dəyəri hesablanmayıb. Bildirilib ki, pulların sayılmasından sonra yeni administrasiyanın xəzinəsinə köçürüləcək.