Tural Abbaslı canlı yayında general haqqında görün NƏLƏR DEDİ - VİDEO

Ağ Partiya başqanı Tural Abbaslı "TV Müsavat"ın "Canlı debat" verilişində Sevinc Telmanqızının qonağı olub.

Musavat.com xəbər verir ki, Tural Abbaslı hazırda həbsdə olan general Rövşən Əkbərovun ünvanına sərt fikirlər səsləndirib. O, bildirib ki, adam öldürməkdə ittiham olunaraq həbs edilən birinin hələ də general rütbəsi daşıması qəbuledilməzdir.

"İndi Rövşən Əkbərov adam öldürmə ittihamı ilə həbs olunub. Adam öldürən biri necə general rütbəsini daşıya bilər? Ordunun generalı! Hansı ordunun generalıdır, dağa dırmaşaraq şəhid olan ordunun generalı, övladlarını burada qoyub gedib şəhid olan ordunun generalı. Özünü minanın üstünə atıb əsgərləri qorumaq istəyən əsgərlərin olduğu qalib ordunun qatil generalı necə ola bilər?" - Ağ Partiya başqanı bildirib.

Qeyd edək ki, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. R.Əkbərov 20 il öncə Kiyevdə azərbaycanlı iş adamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinib.

AzerTaym.az musavat.com-a istinadən Tural Abbaslının həmin fikirlərini təqdim edir:

 

 






Fikirlər