GÜLAGA ASLANLI: "Müsavat Partiyasında Tural Abbaslının arxasınca gedə biləcək gənc yoxdur"
"AĞ Blok"un təsisçilərindən olan Tural Abbaslı bildirib ki, indiki idarəetmə modelini bəyənmədikləri üçün Müsavat Partiyası ilə yollarını ayırırlar. Tural Abbaslının sözlərinə görə, bəzi hüquqi-texniki məsələləri həll etdikdən sonra o və ətrafındakılar partiyadan istefa verəcəklər. Bununla bağlı Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Ölkə.Az-a danışıb: "Tural Abbaslı və yanındakı gənclər partiya yaratmaq istəyirlər, yaratsınlar. Mənə elə gəlir ki, onlar partiya yaratmaqda gecikirlər. Onlar bir ildən çoxdur bu fikri səsləndirirlər. Ümid edirik ki, onlar öz istəklərinə tez bir zamanda nail olacaqlar. Bu vaxta qədər Müsavat Partiyasından kimlər Tural Abbaslı ilə gedibsə, gediblər. Bundan sonra Müsavat Partiyasında Tural Abbaslı ilə gedə biləcək bir dənə də gənc yoxdur". Qeyd edək ki, Arif Hacılı Müsavat Partiyasının başqanı seçildikdən sonra partiyada parçalanma oldu. Qubad İbadoğlunun tərəfdarları ADR Hərəkatı, Tural Abbaslının tərəfdarları isə "AĞ Blok" yaradıb.